14:47 26.11.2024 1091

Ponomaryovun panaması

Azərbaycan futbolu ilə dərindən maraqlanan İqor Ponomaryovu tanımaya bilməz. 1978-1981 və 1983-1988-ci illər aralığında "Neftçi"nin formasını geyinən məşhur veteran hazırda həm "Sabah"ın Müşahidə Şurasının üzvü, həm də idman direktorudur. Masazır komandasının oyunlarında klub rəsmiləri üçün nəzərdə tutulmuş lojada tez-tez boy göstərməsi təbii haldır. Adam Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Turan Tovuz"la üz-üzə gələn "bayquşlar"ın 1:1 hesabı ilə başa çatan matçını da ayağını ayağının üstünə aşırmış vəziyyətdə canlı izləyirdi. Kaş həmin gün Tovuza təşrif buyurmaya və bir hörmətsizliyi ilə stadiondakıların mənəvi qınağına tuş gəlməyəydi...  

Ardıcıl 7-ci görüşdə qələbə qazana bilməyən "Sabah"ın baş məşqçisi Krunoslav Renduliçin qarşılaşmanın ardından istefaya göndərilməsində, onun yerinə rus mütəxəssis Vasili Berezutskinin gətirilməsində şübhəsiz, İqor Anatolyeviçin də xüsusi rolu var. Berezutskinin nə ilə yadda qalacağını, yerli çempionatın ritmini tuta bilib-bilməyəcəyini təbii ki, zaman göstərəcək. Amma razılaşaq ki, Renduliçin qovulması həm doğru, həm də bir qədər gecikmiş addım sayılır. Rusiya millisinin sabiq müdafiəçisinin gözləniləndən daha yaxşı təyinat olduğuna, maliyyə problemindən əziyyət çəkməyən "Sabah"ı yeni inkişaf mərhələsinə çatdıracağına biz də inanmaq istərdik. Bu başqa məsələ ki, hələ əcnəbi mütəxəssislərdən heç biri "bayquşlar"a titul qazandırmaq işinin öhdəsindən gələ bilməyib. İndiyədək baş məşqçi qismində çalışmayan Vasiliyə ölkəsində qazanmadığı şansı Azərbaycan klubunun verməsi də özlüyündə çox böyük etimaddır. Bu, öz yerində, qayıdaq məni Ponomoryov haqda yazı yazmağa məcbur edən fakta.

Futbolun siyasətə qatmaq niyyətindən uzağam. Ancaq 44 günlük Vətən müharibəsindən sonra hər oyunun 44-cü dəqiqəsində yerli futbolsevərlərin "ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz" şüarı ilə tribunaları ayağa qaldırması olduqca dəyərli ənənədir. Uzun sürən həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün canından keçən şəhidlərimizin hər qarşılaşmada yad edilməsi BÖYÜK MİSSİYA, bu şüar səsləndirilərkən kimliyindən asılı olmayaraq, hər kəsin ayağa qalxması mənəvi borc məsələsidir. Hətta kimin başında papaq varsa, papağını, şlyapa varsa, şlyapasını, panama varsa, panamasını çıxarmalı, heç vaxt yüksələ bilməyəcəyi zirvənin önündə ən azı ruhən baş əyməlidir...

Təəssüf ki, oyuna panamasız gələn Ponomaryov nəinki ayağa qalxaraq panamasını çıxardı, heç ayağını ayağının üstündən də götürmədi. Başqa sözlə, Tovuz stadionunun dolu tribunalarının yaxınlıqdakı ŞƏHİDLƏR XİYABANINI da ağuşuna alan hayqırtısı İqor Anatolyeviçin tükünü də tərpətmədi. Bəziləri sözügedən şəxsin Azərbaycan dilini bilmədiyi üçün şüarı başa düşmədiyini iddia edə bilər. Belədirsə, lap pis. O, heç olmasa, bir neçə ildir formalaşdırılan ənənəvi şüarla tanış olmalı, futboldan daha vacib məqamı qulağardına vurmamalıydı. İqor Anatolyeviçin ölkənin qanlı-qadalı illərində İsveçə getdiyini, ara sakitləşənə, Ermənistanla 1994-cü ildəki atəşkəs sazişi imzalanana qədər gözə dəymədiyini yenidən incələmək fikrində deyiləm, ancaq mənəvi məsələlərə həssas yanaşmaq bütün klub rəsmilərinin, o cümlədən Ponomoryovun da boynunun borcudur. 

Ümid edək ki, klub rəhbərliyi 1960-cı ildə Bakıda doğulmuş adama bu yöndə iradlarını bildirərək təlimatlandıracaq, hətta növbəti səfər qarşılaşmasından öncə Tovuzdakı ŞƏHİDLƏR XİYABANINI ziyərət etməyi, başında olsa, real, olmasa, xəyalən panamasını çıxarmağı tapşıracaq. Axı Ponomaryov Panamada doğulmayıb...

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 Aprel 2025
12:32

Azərbaycanda çempionat oyununun yeri dəyişdirildi - SƏBƏB

12:14

PSJ tarixi uğura imza atdı

11:55

"Bu bizə müxtəlif problemlər yaradırdı" - Xviça Kvaratsxeliya

11:37

"Bu liqada qalib gələ bilməyəcəyimiz komanda yoxdur" - Mahir Emreli

11:18

Luis Enrike PSJ-ni dünyanın ən yaxşı komandası adlandırdı

10:59

Azərbaycanlı referi dünya çempionatına təyinat aldı

10:41

ABL: Bu gün pley-offa vəsiqə uğrunda son duellər keçiriləcək

10:23

Klopp İspaniyadan "yox" deyə bilməyəcəyi təklif aldı - SON DURUM

10:04

Azərbaycan millisi Gürcüstanla qarşılaşacaq

09:45

"Biz yarımfinaldayıq və əsas da odur" - "Barselona"nın baş məşqçisi

09:24

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:00

ÇL: "Real Madrid" "Arsenal"a, "Bayern Münhen" "İnter"ə qarşı - YENİLƏNİR

01:02

ÇL: "Barselona" da yarımfinala məğlubiyyətlə yüksəldi, PSJ də

15 Aprel 2025
23:30

Fabreqas iki böyük klubun təklifinə "yox" dedi

22:50

Benites "Real"dan Ronalduya görə gedib? - Sualı cavablandırdı

22:18

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında 3 medal qazandı

21:43

Azərbaycan millisi AÇ ilə məğlubiyyətlə vidalaşdı

21:10

Yüksək Liqa: Yarımfinal mərhələsi start götürdü

20:47

"O, "Arsenal"da oynasaydı, "Arsenal" bu mövsüm çempion olardı" - Roy Kin

20:22

Azərbaycan qılıncoynadanları dünya birinciliyində nə ilə yadda qaldılar?

19:58

Tedesko Almaniya klubunun təklifini geri çevirdi

19:30

Azərbaycanın 8 boksçusu beynəlxalq turnirdə qızıl medal qazandı

19:13

Aleksis Mak Allister "Real Madrid"də? - Atası suala cavab verdi

18:43

Bu yay "Mançester Yunayted"i tərk edəcək futbolçuların adları bilindi

18:07

"Qarabağ"ın U-15 komandası Türkiyədəki turnirdə bir gündə üç matça çıxacaq

17:44

ABL: Pley-in mərhələsinin 3-cü oyunlarının vaxtı bilindi

17:26

"Biz onlardan çox üstün idik" - Con Terri

17:08

Rəvan Quluzadə mükafatlandırıldı

16:51

AFFA rəsmiləri UEFA-nın seminarında

16:32

Azərbaycan Qran-prisinin ikiqat qalibi DÇ-yə qatıla bilər

16:15

NHL tarixində Oveçkin kimisi olmayıb

15:57

"İnter"in İnzagi ilə bağlı yekun qərarı bəlli oldu

15:38

"Gərək bizə təşəkkür edəsiniz" - Antonio Konte

15:19

Neymar baş məşqçisiz qaldı - RƏSMİ

15:00

Anri Salahı təriflədi

14:43

MPL: XXXI turun təyinatları açıqlandı

14:25

"Futbolçuların fiziki durumları və texniki bacarıqları ilə bağlı problemlərimiz var" - Aqil Nəbiyev

14:07

Poqba bu beş liqadan birini seçəcək

13:49

İngiltərə nəhəngi Rütteri transfer etməyə yaxındır

13:22

"Turan Tovuz"un yeni azarkeş qrupu yarandı - "The Hunans"

Facebookdan bizi izləməyi unutmayın.
X