14:47 26.11.2024 1092

Ponomaryovun panaması

Azərbaycan futbolu ilə dərindən maraqlanan İqor Ponomaryovu tanımaya bilməz. 1978-1981 və 1983-1988-ci illər aralığında "Neftçi"nin formasını geyinən məşhur veteran hazırda həm "Sabah"ın Müşahidə Şurasının üzvü, həm də idman direktorudur. Masazır komandasının oyunlarında klub rəsmiləri üçün nəzərdə tutulmuş lojada tez-tez boy göstərməsi təbii haldır. Adam Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Turan Tovuz"la üz-üzə gələn "bayquşlar"ın 1:1 hesabı ilə başa çatan matçını da ayağını ayağının üstünə aşırmış vəziyyətdə canlı izləyirdi. Kaş həmin gün Tovuza təşrif buyurmaya və bir hörmətsizliyi ilə stadiondakıların mənəvi qınağına tuş gəlməyəydi...  

Ardıcıl 7-ci görüşdə qələbə qazana bilməyən "Sabah"ın baş məşqçisi Krunoslav Renduliçin qarşılaşmanın ardından istefaya göndərilməsində, onun yerinə rus mütəxəssis Vasili Berezutskinin gətirilməsində şübhəsiz, İqor Anatolyeviçin də xüsusi rolu var. Berezutskinin nə ilə yadda qalacağını, yerli çempionatın ritmini tuta bilib-bilməyəcəyini təbii ki, zaman göstərəcək. Amma razılaşaq ki, Renduliçin qovulması həm doğru, həm də bir qədər gecikmiş addım sayılır. Rusiya millisinin sabiq müdafiəçisinin gözləniləndən daha yaxşı təyinat olduğuna, maliyyə problemindən əziyyət çəkməyən "Sabah"ı yeni inkişaf mərhələsinə çatdıracağına biz də inanmaq istərdik. Bu başqa məsələ ki, hələ əcnəbi mütəxəssislərdən heç biri "bayquşlar"a titul qazandırmaq işinin öhdəsindən gələ bilməyib. İndiyədək baş məşqçi qismində çalışmayan Vasiliyə ölkəsində qazanmadığı şansı Azərbaycan klubunun verməsi də özlüyündə çox böyük etimaddır. Bu, öz yerində, qayıdaq məni Ponomoryov haqda yazı yazmağa məcbur edən fakta.

Futbolun siyasətə qatmaq niyyətindən uzağam. Ancaq 44 günlük Vətən müharibəsindən sonra hər oyunun 44-cü dəqiqəsində yerli futbolsevərlərin "ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz" şüarı ilə tribunaları ayağa qaldırması olduqca dəyərli ənənədir. Uzun sürən həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün canından keçən şəhidlərimizin hər qarşılaşmada yad edilməsi BÖYÜK MİSSİYA, bu şüar səsləndirilərkən kimliyindən asılı olmayaraq, hər kəsin ayağa qalxması mənəvi borc məsələsidir. Hətta kimin başında papaq varsa, papağını, şlyapa varsa, şlyapasını, panama varsa, panamasını çıxarmalı, heç vaxt yüksələ bilməyəcəyi zirvənin önündə ən azı ruhən baş əyməlidir...

Təəssüf ki, oyuna panamasız gələn Ponomaryov nəinki ayağa qalxaraq panamasını çıxardı, heç ayağını ayağının üstündən də götürmədi. Başqa sözlə, Tovuz stadionunun dolu tribunalarının yaxınlıqdakı ŞƏHİDLƏR XİYABANINI da ağuşuna alan hayqırtısı İqor Anatolyeviçin tükünü də tərpətmədi. Bəziləri sözügedən şəxsin Azərbaycan dilini bilmədiyi üçün şüarı başa düşmədiyini iddia edə bilər. Belədirsə, lap pis. O, heç olmasa, bir neçə ildir formalaşdırılan ənənəvi şüarla tanış olmalı, futboldan daha vacib məqamı qulağardına vurmamalıydı. İqor Anatolyeviçin ölkənin qanlı-qadalı illərində İsveçə getdiyini, ara sakitləşənə, Ermənistanla 1994-cü ildəki atəşkəs sazişi imzalanana qədər gözə dəymədiyini yenidən incələmək fikrində deyiləm, ancaq mənəvi məsələlərə həssas yanaşmaq bütün klub rəsmilərinin, o cümlədən Ponomoryovun da boynunun borcudur. 

Ümid edək ki, klub rəhbərliyi 1960-cı ildə Bakıda doğulmuş adama bu yöndə iradlarını bildirərək təlimatlandıracaq, hətta növbəti səfər qarşılaşmasından öncə Tovuzdakı ŞƏHİDLƏR XİYABANINI ziyərət etməyi, başında olsa, real, olmasa, xəyalən panamasını çıxarmağı tapşıracaq. Axı Ponomaryov Panamada doğulmayıb...

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 Aprel 2025
02:06

AL: MY, "Atletik", "Tottenhem" və "Budyo Qlimt" 1/2 finala yüksəldilər

01:43

KL: "Çelsi", "Fiorentina", "Betis" və "Yurqorden" yarımfinalda

17 Aprel 2025
23:41

ÇL: Həftənin rəmzi komandası açıqlandı

23:19

Selcan Belarusda medal qazandı

22:47

"Bayern Münhen" rəhbərliyinin Kim Min Ce ilə bağlı planları bilindi

22:29

"Sabah"ın 4 futbolçusu "Səbail"lə matçı kənardan izləyəcək - ADLAR

21:48

Arteta "Real"ı yendikdən sonra Qvardiolaya zəng vuraraq nə deyib? - Özü açıqladı

21:20

Yüksək Liqa: Finalçılar bəlli oldu

20:58

İtaliya nəhəngi "Fiorentina"nın qapıçısına göz dikdi

20:16

"Düzünü deyəcəm, şadam ki..." - "İnter"in qapıçısından etiraf

19:51

ÇL-in qalibi kim olacaq? - "Superkompyüter" favoriti müəyyənləşdirdi

19:20

Bunu futbol tarixində "Arsenal"dan başqa heç bir komanda edə bilməyib

18:46

I Liqa: "Cəbrayıl" ilə "Difai" evdə, "Qaradağ Lökbatan" səfərdə sevindi

18:09

"Gəncə"nin baş məşqçisi "Şəki"yə məğlubiyyətdən sonra nə dedi?

17:50

"Hələ heç nə bitməyib" - Bedri Meriç

17:31

ABL: Pley-off mərhələsinin ilk oyununda sevinən tərəf "Şəki" oldu

17:13

"Yalnız Vinisius və Mbappe ilə bir dəfə alına bilər, həmişə yox" - Kurtua özündən çıxdı

16:55

"Avropa Liqasının qalibi olsaq belə..." - Harri Maquayr

16:29

"Biz sübut etdik ki..." - Bukayo Saka

16:11

Ançelottinin "Real"dan ayrıla biləcəyi dəqiq tarix bəlli oldu

15:53

Modriç mütləq rekordçu ünvanına sahib çıxdı

15:34

"Beynimdə emosiyalar bir-birinə qarışır, inanılmazdır" - Vircil van Deyk

15:16

Azərbaycanda keçiriləcək U-17 Liqasına 870 cüdoçu qatılacaq

14:58

"Hamı yuxarı yerlər haqqında fikirləşir" - "Kəpəz"in kapitanı

14:41

"Onlar öz şanslarından bizdən daha yaxşı faydalandılar" - Harri Keyn

14:33

AGF prezidenti Avropa çempionatında uğur qazanmış güləşçilərlə görüşdü

14:15

Vircil van Deykin növbəti mövsümə harada başlayacağı dəqiqləşdi - RƏSMİ

13:57

Azərbaycan boksçusu dopinqə görə uzun müddətə uzaqlaşdırıldı

13:40

"Əslində, o qədər də məyus deyiləm" - Tomas Müller

13:23

"İnter"in tarixində Lautaro kimisi olmayıb

13:04

"Arsenal"la matçda zədələnən Mbappenin son vəziyyəti bilindi

12:45

Yüksək Liqa: Yarımfinalın ikinci oyunları keçiriləcək

12:27

Berdiyevsiz qalan "Turan Tovuz"un 3 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynaya bilməyəcək - AÇIQLAMA

12:08

Ançelotti "Real"dan gedə bilər - Özü açıqladı

11:49

AFFA Premyer Liqa klublarının həkimləri üçün seminar təşkil etdi

11:33

ABL: Pley-off mərhələsi başlayır

11:16

"Araz-Naxçıvan" "Turan Tovuz"la oyuna 5 itki ilə çıxacaq - ADLAR

10:57

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:38

Neymar yenidən sıradan çıxdı

10:01

Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X