12:45 31.03.2025 199

"Qarabağ"la "Zirə"dən başqa qələbə qazanan olmadı - Tura baxış

Misli Premyer Liqasının 28-ci turunda keçirilən üç qarşılaşmada qalibi müəyyənləşdirmək mümkün olmadı. “Qarabağ” çətin Tovuz səfərində böyükhesablı qələbə qazanmaqla çempionluğa doğru daha bir əhəmiyyətli addım atdı. “Zirə” isə “Şamaxı”nı üstələyib, rəqiblərindən bir qədər də aralanmağı bacardı.

“Turan Tovuz” “Qarabağ” 1:4 
Qollar: Aleks Souza, 31 - Kadi, 16; 84. Nəriman Axundzadə, 32 . Aleksey Kaşuk, 90+2

"Turan Tovuz”: 1. İvan Konovalov, 17. Rəhim Sadıxov, 88. Faiq Hacıyev, 11. Ayxan Hüseynov, 7. İsmayıl Zülfüqarlı, 9. Kristian da Silva, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman (k), 32. Hayderson Hurtado, 40. Kauan Martins, 21. Aleks Souza. 
Ehtiyat oyunçular: 41. Sergey Samok, 71. Mehman Hacıyev, 39. Sadiq Quliyev, 19. Orxan Əliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Tural Bayramlı, 13. Fərid Yusifli, 44. Rüfət Əhmədov, 77. Veysəl Rzayev, 6. Araş Qaderi, 29. Anton Kraçkovski. 
Baş məşqçi: Kurban Berdiyev. 
“Qarabağ”: 99. Mateus Koxalski, 55. Bədavi Hüseynov (k), 24. Aleksey İsayev, 44. Elvin Cəfərquliyev, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 66. Patrik Andrade, 9. Kadi Borqes, 2. Mateus Silva, 15. Leandro Andrade. 
Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 12. Sadiq Məmmədzadə, 30. Abbas Hüseynov, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 19. Redon Cica, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai. 
Baş məşqçi: Qurban Qurbanov.

“Qarabağ” bu mövsüm “Turan Tovuz”u məğlub edə bilməmişdi. Bu “tilsimə” nəhayət ki, son qoyuldu. Beləliklə çempionatda “köhlən atlar”a uduzmayan qalmadı. Oyuna gəlincə isə onu qeyd etməliyik ki, dolu tribunalar qarşısında xeyli maraqlı mübarizəyə şahidlik etdik. Səviyyə fərqindən lazımınca yararlanan “Qarabağ” vacib qələbə qazanmağı bacardı. Xüsusiylə də Kadinin oyunu “Qarabağ” azarkeşlərinin üzünü güldürdü. Heç də təsadüfi deyil ki, vurulan 4 qoldan ikisinin altında braziliyalının imzası var. Daha bir qola son günlər tənqid olunan Nəriman Axundzadə imza atdı. Oyunda son nöqtəni isə Kaşuk qoydu. “Turan Tovuz”un yeganə qolunu isə Souza 31-ci dəqiqədə “Qarabağ”ın qapısına vurdu.

28 oyuna 21 qələbə qazanan “Qarabağ” 67 xalla turnir cədvəlinin zirvəsində yer alıb. 4-cü pillədəki “Turan Tovuz”un isə 43 xalı var.

“Neftçi” “Araz-Naxçıvan” 1:1 
Qollar: Bassala Sambu, 3 - İssuf Paro, 6 

“Neftçi”: 93. Rza Cəfərov (k), 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 19. Azər Salahlı, 4. Elvin Camalov, 14. Edvin Kuç, 99. Ervin Koffi, 44. Yuri Matias, 24. Mustafa Sek, 9. Bassala Sambu, 18. Ryonosuke Ohori.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 30. Rüstəm Samiqullin, 17. Rəhman Hacıyev, 90. Ramil Şeydayev, 13. Emil Səfərov, 91. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 6. Rafael Quzzo, 23. Robert Bauer, 22. Dembo Darbo, 77. Yeqor Boqomolski, 11. Aleks Fernandes.
Baş məşqçi: Samir Abasov.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 5. Qara Qarayev, 34. Ürfan Abbasov (k), 2. Slavik Alxasov, 7. Ülvi İsgəndərov, 16. Ramon Maçado, 29. Vanderson Melo, 17. İssuf Paro, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 10. Bernardo Dias.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 6. Vadim Abdullayev, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 20. Turan Vəlizadə, 11. Bayraməli Qurbanov, 71. Sənan Ağalarov, 21. Sezar Meza Kolli, 8. Karlos Jatoba, 9. Əyyub Allaş.
Baş məşqçi: Elmar Baxşıyev.

“Neftçi” isə yenə də “Araz Naxçıvan”ı üstələyə bilmədi. Görünən odur ki, azarkeşlərin “dominant “Neftçi” görmək arzusu bu mövsüm gerçəkləşməyəcək. Samir Abasovun komandası doğma meydanda erkən qolla önə keçsə də, qələbə hesabını qorumaq mümkün olmadı. Sambu artıq 3-cü dəqiqədə “ağ-qaralar”ı hesabda önə keçirdi. Düşünmək olardı ki, erkən qolun şokundan ayılmayan qonaqlar tezliklə qapısında daha bir qol görəcək. Amma əksi oldu. Cəmi üç dəqiqə sonra Paro künc zərbəsindən havalandırılan topu qapıya göndərdi və hesab bərabərləşdi. İrəlidə kifayət qədər vaxtın olmasına baxmayaraq, komandalar bir daha fərqlənə bilmədilər. Beləliklə görüş 1:1 hesabıyla yekunlaşdı.

32-ci xalını qazanan “Neftçi” hələ də mükafatçılar sırasından çox uzaqdadır. Komanda 6-cı pillədə qərarlaşıb. “Araz Naxçıvan” isə 48 xalla 3-cü pilləni tutur.

“Sumqayıt” “Sabah” 3:3 
Qollar: Ronaldo Vaskes, 18. Bobir Abduxolikov, 46. Momo Yansane, 88  - Umarali Raxmonaliyev, 6; 71. Tellur Mütəllimov, 77

“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 2. Sertan Taşkın, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı, 19. Roi Kehat, 5. Alan Dias, 23. Ronaldo Vaskes, 60. Tresor Mossi, 9. Bobir Abdixolikov
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 7. Rövlan Muradov, 21. Nihad Əhmədzadə, 29. Qabil Əlizadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 95. Miloş Miloviç, 11. Momo Yansane, 99. Silvanus Nimeli, 77. Casurbek Caloliddinov
Baş məşqçi: Vaqif Cavadov
“Sabah”: 92. Stas Pokatilov, 17. Tellur Mütəllimov, 5. Rəhman Daşdəmirov, 15. Seymur Məmmədov, 32. Elgün Dünyamalıyev, 18. Pavol Safranko (k), 40. İqor Noqeyra, 70. Cesse Sekidika, 13. İvan Lepiniça, 11. Kahim Parris, 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 6. Abdulax Xaybulaev, 88. Xəyal Əliyev, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 4. Sofian Çakla, 3. Con İrasabal, 99. Neqoş Kupusoviç, 83. Stefen Ende
Baş məşqçi: Vasili Berezutski

Uzun müddət qol vura bilməyən “Sumqayıt” futbolçularının “ayağı açılıb”. Özü də necə. Ardıcık iki tur qələbə qazanan və bu oyunlarda beş dəfə fərqlənən sumqayıtlılar bu dəfə “Sabah”ın qapısına 3 dəfə yol tapdılar. Bu qollardan azı ikisini “Sabah”ın qazaxıstanlı qapıçısı Stas Pokatilov onlara “hədiyyə etdi”. Stas və “Sabah”ın müdafiəçiləri inamsız oyunları ilə komandalarını yenə də qələbəyə həsrət qoydular. Erkən qol vuran, sonda da əzmkarlıq göstərib yenidən önə keçən “Sabah” məhz qapı və müdafiədəki səhvlər üzündən Sumqayıtdan 1 xalla döndü. 

Mövsümdəki 15-ci heç-heçəsinə imza atan Masazır təmsilçisi bu göstəriciyə görə mütləq rekordçu oldu.

“Sabah” 36 xalla 5-ci sıradadırsa, “Sumqayıt” 29 xalla 7-ci yeri tutur.

“Kəpəz” “Səbail” 1:1 
Qollar: Şervoni Mabatşoyev, 41 - Dimitro Litvin, 68.

“Kəpəz”: 1. Rojerio Santos, 2. İlkin Qırtımov (k), 7. Ehtiram Şahverdiyev, 12. Turan Manafov, 5. Rauf Hüseynli, 26. Valdemar Almeyda, 9. Luis Paçu, 29. Dioqo Verdaska, 28. Rati Ardazişvili, 3. Mahamadu Ba, 88. Şervoni Mabatşoev. 
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov, 18. Elgün Bayramov, 99. Əli Səmədov, 70. Nicat Süleymanov, 8. Elmir Tağıyev, 6. Nemət Musayev, 21. Camal Cəfərov, 17. Ümid Səmədov, 19. Sadiq Şəfiyev, 78. Yeqor Xvalko, 11. Trent Buhagiar, 10. Karim Lkoça. 
Baş məşqçi: Azər Bağırov. 
“Səbail”: 12. Əlirza Müştəbazadə, 22. Mirabdulla Abbasov, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 20. Mert Çelik. 11. Rüfət Abdullazadə, 83. Nihad Quliyev, 3. Dmitro Litvin, 4. Marko Nikoliç, 7. Madi Queta, 5. Gitay Sofir. 
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 16. Emin Rüstəmov, 97. Oruc Məmmədov, 88. Hacıəli Şirəliyev, 10. David Qomis, 44. Amir Bilali, 99. İnnosent Nşuti. 
Məşqçi: Elvin Məmmədov.

“Kəpəz” “Səbail”i Tovuzda məğlub etməklə Premyer Liqada qalmaq uğrunda əhəmiyyətli addım ata bilərdi. Qələbə halında bu komandalar arasındakı xal fərqi 8-ə çatacaqdı. Birinci hissənin sonlarında Şevroni Mabatşoevin qoluyla hesabda önə keçən və fasiləyə qalib yollanan “sarı göylər” bu tapşırığın öhdəsindən gəlməyə yaxın idilər. Amma nə olduysa, fasilədən sonra “Kəpəz” özünə bənzəmədi. Nəticədə nominal qonaqlar 68-ci dəqiqədə hesabı bərabərləşdirdilər. Litvin başla gözəl qol vurdu. Görüş elə bu hesabla da yekunlaşdı. 
Turnir cədvəlinin “zirzəmisində” qərarlaşan iki komandadan “Səbail” 19 xalla sonuncu, “Kəpəz” isə 24 xalla 9-cudur. Bu iki komandanı qarşıdakı turlarda gərgin mübarizə gözləyir.

“Zirə”– “Şamaxı” 3:0 
Qollar: Davit Volkov, 53. Ruan Renato, 71. Salifu Suma, 90+4.

"Zirə": 13. Aydın Bayramov, 7. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 5. Stefan Aka, 4. Ruan Renato, 90. Davit Volkov, 10. Giorgi Papunaşvili, 23. Rafael Utziq, 17. Ayron Qomis, 19. Salifu Suma, 
Ehtiyat oyunçular: 97. Tiaqo Silva, 41. Anar Nəzirov, 21. Hacıağa Hacılı, 14. Elçin Əlicanov, 11. Rüstəm Əhmədzadə, 29. Ceyhun Nuriyev, 30. Rikardo Martins, 70. İssa Cibrila, 3. Ange Mutsinzi, 15. Pyer Zebli, 18. Junior Martins, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
"Şamaxı": 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli, 18. Cəlal Hüseynov, 82. Rüfət Abbasov, 24. Edqar Adilxanov, 32. Vasiliye Radenoviç, 20. Leroy Mikels (k), 30. Andrey Tirkoveanu, 3. Vladislav Veremeyev, 66. Vasiliye Bakiç, 33. Alfons Msanqa
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 62. Abdulla Seydəhmədov, 60. Səbayıl Bağırov, 14. Vüsal Məsimov, 5. Arsen Ağcabəyov, 23. Murad Vəliyev, 6. Rauf Rüstəmli, 19. Fəxri Məmmədli
Baş məşqçi: Ayxan Abbasov

Turun qələbə qazanan iki komandasından biri “Zirə” oldu. Qəsəbə təmsilçisi doğma meydanda “Şamaxı”nı üç cavabsız topla məğlub etdi. Cəzalı Ayxan Abbasovun tribunadan izlədiyi qarşılaşmada onun komandası yalnız ilk hissədə rəqibinə müqavimət göstərə bildi. Fasilədən sonra isə “Zirə” səviyyə fərqini ortaya qoydu. Məhz legionerlərin inamlı oyunu sayəsində “Zirə” 3:0 hesablı qələbə qazandı. Rəşad Sadıqovun oyundan sonrakı mətbuat konfransında etiraf etdiyi kimi, meydan sahibləri bu qələbəyə sürəti və təzyiqi artırmaqla nail oldular. “Zirə” fasilədən sonra da ilk hissədəki kimi oynasaydı, çətin ki, qələbə qazana bilərdi.
“Zirə” “Qarabağ”ın ən yaxın izləyicisidir. Onun aktivində 55 xal var. Qeyd edək ki, 3-cü pillədəki “Araz Naxçıvan” da “Zirə”dən 7 xal geri qalır. 8-ci pillədəki “Şamaxı” isə 24 xal toplayıb.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

Facebookdan bizi izləməyi unutmayın.
X