12:00 25.04.2025 1044

Azərbaycan futboluna kirvə lazım deyil

Deyəsən Fransada xeyir-dua əvəzi verilən top ilk olaraq Azərbaycan futbolunun qapısından keçəcək. Söhbət AFFA-nın baş katibi Cahangir Fərəcullayevin sələfi Elxan Məmmədovla FİFA-nın Parisdə yerləşən ofisindəki görüşündən gedir. Hələ də ali futbol qurumumuzun rəsmi saytında həmin xəbərin əsas şəklindən Elxan Məmmədov futbol içtimaiyyətinə - sizə, bizə .... gülümsəyir deyəcəm. Baxa bilərsiz...

"Eybi yoxdu" deyib keçmək olar. Lap təcrübəsizlik donu da geyindirək bu fotoya. Hətta "etik qaydalar, filan" deyib udqunmaq da mümkündü. Top almaq olar, təlimat almaq, əsla! Vaxtıyla təlimatlandırdığı kadrların işi, ağalıq etdiyi futbolun durumu göz önündədir. “Ağası gülüm olanın, başına külüm olar” deyib atalar.

İnanmıram ki, Cahangir bəy Parisdən təlimat ala, onların dəyirmanına su tökə. Lakin həmin səfərdən sonra sezilən davranışlar, atılan və yaxud atılması gözlənilən addımlar köhnə komanda sərkərdəsinin cisminin getdiyini göstərir. Amma inyeksiya etdiyi virus hələ də futbolumuzun damarlarında axır. Yeni AFFA rəhbərliyinin yeni təyin etdiyi baş katibdən də gözləntilərimiz keçmişin tör-töküntülərini təmizlənməsi, kadr islahatlarının sürətlənməsi idi. İnanırdıq ki, futbolumuz əvvəlki kimi dost-tanışla deyil, peşəkarlıqla idarə olunacaq.

Nə baş verir?

Hazırda Xəzərın sisi çökmüş, beşinci mərtəbəsi görünməyən, başı dumanlı futbol qərargahımızda ikincilik mübarizəsi sezilir. Elxan Məmmədov da vaxtı ilə SOCAR prezidentindən sonra futbolda ikinci adam sayılırdı. Vitselərin isə formal olaraq adı və vəzifəsi vardı. Cənab Fərəcullayevin də həmin nüfuza sahib olması üçün çabaları açıq-aşkar görünür. Buna görə də müqayisəmi uğursuz saymıram. Sadacə, nə dövr o dövrdü, nə də vitselər...

Amma ümidsiz də deyiləm. Yəqin ki, Cahangir bəy peşəkar məsləhətlərindən yararlanar, gələcəkdə futbolumuzun başına düşən daşın altına əlini qoyar. Məsləhət almaq yaxşıdı, inkişafa təkandı, amma qeyd etdiyim kimi, PEŞƏKAR məsləhəti. Dostlarların, “kruqlar”ların məsləhəti ilə sıfıra enib futbolumuz. Düzdü, dost sözünün böyük anlamı, mənası var. Dostluq müqəddəsdir. Ata-babalarımız da kirvələrini  ən yaxın dostlarından seçib. Amma Azərbaycan futboluna kirvə lazım deyil.

Şadlıqlarda görüşək!

Əli Sahib

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2025
09:00

İngiltərə nəhəngi əlcəzairli futbolçu ilə gücləndiyini açıqladı

02:13

"Əl-Hilal" Osimhenin transferindən vaz keçdi - SƏBƏB

00:56

DÇ-2026: İtaliyadan inamlı qələbə, Xorvatiya Çexiyaya divan tutdu

00:09

İbrahimli Avropa çempionatının finalında

09 İyun 2025
23:50

Vinisius Junior 30 milyon avro ucuzlaşdı, Mbappe isə...

23:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:24

Bolqarıstan nəhəngi məşqçisiz qaldı

22:51

Super Liqa klubu almana tapşırıldı

22:46

"Napoli"nin futbolçusu La Liqa klubu ilə müqavilə bağladı - RƏSMİ

22:20

"Azərbaycan bizimlə oyunda qələbə qazanmaq istəyir" - Marko Rossi

21:56

"Şamaxı"da növbəti ayrılıq

21:18

Azərbaycan birinciliyinə yekun vuruldu

20:55

"Çelsi" 4 futbolçu ilə yolları ayırdığını açıqladı - ADLAR

20:12

"İnter"in yeni baş məşqçisi bilindi

19:47

Totti Qasperinin "Roma"da uğur qazanacağına inanmır - AÇIQLAMA

19:10

"Asiya Futbol Konfederasiyası heç vaxt UEFA qədər pul verməyəcək" - Əli Əliyev

18:51

Yamalın qiyməti fantastik həddə çatdı - Planetin ən bahalısına çevrildi

18:11

Avropa çempionatı: Üç güləşçimiz yarımfinala yüksəldi

17:40

AFFA azarkeşlər üçün nəqliyyat ayırdı

17:03

"Futbolçularımda yüksək motivasiya var" - Santuş Macarıstanla oyundan gözləyir?

16:38

"Əlimizdən gələni edəcəyik ki..." - Bəhlul Mustafazadə

16:13

"İndi oynasaydım, dünyanın ən yaxşı futbolçusu olardım" - Françesko Totti

15:50

Azərbaycan boksçuları Gürcüstanda 7 medal qazandılar

15:33

"Mançester Siti" qapıçısı ilə əməkdaşlığa son qoydu - RƏSMİ

14:50

Polşa millisində qalmaqal: Levandovski düşərgəni tərk etdi

14:10

Fransa millisinin üzvü "Çelsi"də - RƏSMİ

13:39

"Araz-Naxçıvan"da 2 yeni müqavilə - RƏSMİ

13:11

UEFA Millətlər Liqası: Finalın ən yaxşı oyunçusu bilindi

12:45

Ronaldu yeni mövsümə hansı klubda başlayacağını açıqladı

12:16

Azərbaycan badmintonçuları Venesuelada 3 "qızıl" qazandılar

11:44

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:13

"Göz yaşları və borcunu yerinə yetirmək hissi" - Ronaldu qələbəni dəyərləndirdi

10:51

"Mənə yalnız üzülmək və evə getmək qalır" - Alvaro Morata

09:40

Ronaldu Messi üçün əlçatmaza çevrilir

09:00

Mourinyu "Fənərbağça"dan ayrılır - Klub prezidenti ilə görüşdü

02:29

Hələ Kriştianu Ronaldu kimisi olmamışdı

01:43

Portuqaliya tarixində ikinci dəfə Millətlər Liqasının qalibi oldu

00:19

"Qısa müddətdə olan inkişaf məni sevindirir" - Ayxan Abbasov

00:14

Bellingemin Almaniya nəhəngində alacağı məbləğ bilindi - SON DURUM

08 İyun 2025
23:40

"Altı dəqiqəyə 3:0 hesabı ilə öndə olmalıydıq" - Yozua Kimmix

Facebookdan bizi izləməyi unutmayın.
X