İran çempionatında 22-ci turdan təxirə salınmış oyun keçirilib.
Fanat.Az xəbər verir ki, Güney Azərbaycan təmsilçisi "Traktor" "Fulad"ın qonağı olub.
Təbriz komandası 2:1 hesablı qələbə qazanıb.
Görüş olduqca gərgin və maraqlı alınıb. 46-cı dəqiqədə hesabı açan "Traktor"un qapısına 90+20-ci dəqiqədə penalti təyin edilib. 90+23 dəqədə isə "al qurdlar" qələbə qolunu vurublar.
Beləliklə, xallarının sayını 61-ə çatdıran "Traktor" zirvədəki mövqeyini möhkəmləndirib. Çempionatın başa çatmasına 3 tur qalmış təbrizlər 2-ci yerdəki "Sepahan"ı 5 xal qabaqlayırlar.
Nihat