Misli Premyer Liqasının 32-ci turu çərçivəsində bu gün "Neftçi"ni qəbul edəcək "Sumqayıt" oyun saatını gözləyir.
"Kimyaçılar"ın sözçüsü Zaur Xudiyevin Fanat.Az-a verdiyi məlumata görə, komanda "ağ-qaralar"la matça tam heyətlə hazırlaşıb:
"Mövsümü başa vurduğu öncədən bilinən İsa Sulimanı nəzərə almasaq, nə zədəli oyunçu var, nə də cəzalı. Komanda tam heyətlə məşq edib".
Qeyd edək ki, "Sumqayıt" - "Neftçi" qarşılaşması saat 20:00-da start götürəcək. Matçı Fərid Hacıyev idarə edəcək. 31 oyuna 35 xal toplayan Bakı komandası turnir cədəvlinin 7-ci pilləsində qərarlaşıbsa, 29 xalı olan "Sumqayıt" 8-ci sıradadır.
Nihat