13:08 12.05.2025 162

Cavadovun mesajı, Rəfiyevin inadı

Misli Premyer Liqasının 34-cü turunda Tovuzda "Kəpəz"ə 0:1 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadovun oyundan sonra təşkil edilən mətbuat konfransında dedikləri turun ən yaddaqalan məqamlarından oldu. Gəncə təmsilçisinə yenilərək turnir cədvəlində 9-cu yerə düşən "kimyaçılar"ın çalışdırıcısı həm hakimi, həm də işlədiyi klubun rəhbərliyini hədəfə aldı. 10-cu turdan "gənclik şəhəri" təmsilçisinin "sükanı arxası"nda olan, qışda isə 2,5 illik müqaviləyə imza atan gənc mütəxəssisin söylədiklərini bir daha nəzərdən keçirək:

"Gərgin və maraqlı oyun alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Hakim hər şeyi etdi ki, "Kəpəz" qalib gəlsin.

Necə olacaqsa, rəhbərliyin qərarına hörmətlə yanaşacağam. Amma elitada qalmışıq. Növbəti mövsümdə də komandada qalsam, o zaman Vaqif Cavadovun işinə qiymət verin. Bu komandanı mən qurmamışam. Mənə şans veriləcəksə, heyətdə dəyişikliklər edəcəyəm. Müasir futbolda qaçmalısan, istəkli olmalısan. Bu yoxdursa, uduzmağa məhkumsan. Mövsümü 9-cu yox, 8-ci yerdə bitirmək ciddi önəm kəsb etmir. Vaqif Cavadov gedəcək, əcnəbi məşqçi gələcəksə və Azərbaycan futbolu bundan qazanacaqsa, gəlsin. Amma Baqa gələcəksə, niyə göndərilirdi? Elə qalıb işləyərdi də. Mənim mesajım rəhbərliyə ünvanlanıb".

Komandanı özü qurmadığını vurğulayan (sabiq baş məşqçi Samir Abasov "Sumqayıt"ı 9-cu turun oyununa çıxarandan sonra "Neftçi" ilə müqavilə bağlayıb) Cavadovun rəhbərliyin ona inanmadığını hiss etdiyi dərhal sezilir. Əlbəttə, Azərbaycan millisinin hücumçusu Abasovun qurduğu kollektivdə çalışmağa başlayıb, komandanın ən önəmli futbolçularından biri Cordan Rezabala isə qışda kollektivdən ayrılıb. Razılaşaq ki, Rezabalanın yoxluğu hələ də aşkar şəkildə hiss olunur. Onun yoxluğunda Sumqayıt təmsilçisinin hücumları o qədər də kəsərli görünmür. Yəni Vaqif bəyin sərəncamındakı oyunçuların istədiyi səviyyədə olmadığını söyləməsində müəyyən həqiqət payı var. Tutaq ki, ekvadorlu legioner getməsəydi, bu gün "kimyaçılar" 30 xalla 9-cu yox, 36 və ya 37 xalla 7-ci pillədə mövqe tuta bilərdi. "Sumqayıt"da heç nə ilə yadda qalmayan belaruslu mütəxəssis Aleksey Baqanın adının çəkilməsi isə onun yenidən baş məşqçi postuna gətirləcəyi anlamında deyil. O, Baqanın adını əcnəbi çalışdırı seçiminin fiasko olduğunu xatırlatmaq naminə çəkib. Ümumiləşdirsək, Vaqif bəyin "Sumqayıt"dan və klubun prezidenti Riad Rəfiyevdən küskün olduğu faktdır.

Bəs görəsən daha öncə klubun U-19 komandasına və əvəzedicilərinə rəhbərlik etmiş Cavadovun "Sumqayıt"dakı aqibəti necə olacaq? Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, rəhbərlik komandanın elitada qalmasını nailiyyət saymır və indiki baş məşqçi ilə bağlı qərar bir müddət öncədən qəbul edilib. Səbəblərə gəlincə, ən başlıcası komandanın ortaya qoyduğu futbolun ümid verməməsidir. Rəfiyev məhdud büdcə ilə mübarizə aparan "Sumqayıt"da məşqçi işinin qənaətbəxş olmadığına əmindir. Bundan başqa, Cavadovun istər mediaya, istərsə də xələfi Abasova ara-sıra söz atması idarəçiləri qıcıqlandırır. Odur ki, xüsusi nəsə baş verməsə, sözügedən çalışdırıcı növbəti mövsümə "Sumqayıt"da başlamayacaq. Mətbuat konfransında rəhbərliyə ünvanlanan mesaj isə Riad Rəfiyevin fikrini dəyişdirməyəcək.

Rafael

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

12 May 2025
17:34

"Milan"ın yarımmüdafiəçisi İngiltərə nəhənginə transfer olunmağa yaxındır

17:03

Mbappenin etdiyini XXI əsrdə heç bir "Real"lı edə bilməmişdi

16:44

"Skudettonun taleyi bizim əlimizdə deyil" - Simone İnzaqi

16:26

Fransa nəhəngi "Arsenal"ın müdafiəçisini istəyir

16:08

"Bu, biabırçılıqdır, biabırçılıq" - Sabiq "Real"lı Vinisiusu qınadı

15:50

Ukrayna tarixinin "ən yaxşı"sı Özbəkistana qayıdır

15:31

Gimnastlarımız Polşada 17 medal qazandılar

15:13

"Sumqayıt" Vaqif Cavadovu istefaya göndərdi - RƏSMİ

14:38

"Barselona"nın saxlamaq istədiyi hücumçu qərarını verdi - Gedir?

14:19

"İnter" braziliyalı vingerin transferini bu tarixədək tamamlamaq istəyir

14:02

"Son iki addım əvvəl ağlımızdan da keçməyən hədəf anlamındadır" - Antonio Konte

13:44

Şafranko "Sabah"ın tarixinə düşdü

13:26

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

13:08

Cavadovun mesajı, Rəfiyevin inadı

12:50

"Bəli, Sadio ilə aramızda müəyyən gərginlik var idi" - Məhəmməd Salah

12:32

"Aston Villa"da oynadığım günlər üçün darıxıram" - "Yuventus"un futbolçusu

12:14

“Qarabağ”ın kapitanı yubiley oyununa çıxdı, tarixdə 6-cı futbolçu oldu

11:57

Xabi Alonsonun "Real Madrid"ə keçəcəyi tarix bəlli oldu

11:38

Azərbaycan cüdoçularından Sloveniyada 2 medal qazandılar

11:20

Ançelotti "Barselona"ya məğlubiyyəti şərh etdi - "Hər kəs bizə istədiyi qiyməti verə bilər"

11:01

"Turan Tovuz" "40"-a çatdı

10:43

Premyer Liqada 3 oyun eyni vaxtda başlayacaq

10:25

Tomas Müllerin yeni klubu müəyyənləşdi - SON DURUM

10:06

"Mançester Yunayted" bir oyunda iki antirekordla yadda qaldı

09:47

Millimizdən böyük irəliləyiş - Reytinq

09:25

Berdiyev utandı, “Səbail” elitanı rəsmən tərk etdi – Tura baxış

09:00

"El Klasiko" tarixində hələ belə şey olmamışdı - Rekord

01:07

İspaniya La Liqası: "El klasiko"nu yenə "Barsa"qazandı, "Atletik"ə 1 qol bəs etdi

00:50

İtaliya A Seriyası: "Napoli" büdrədi, "İnter" faydalandı

00:24

Almaniya Bundesliqası: "Əczaçılar" evdə "arılar"a təslim oldular

00:06

İPL: “Çelsi" səfərdə, MY evdə uduzdu, "Liverpul" "Arsenal" ilə heç-heçə etdi

11 May 2025
23:45

Türkiyə Super Liqası: "Beşiktaş" İstanbulda coşdu

23:04

"Aralarında diqqətimi cəlb edənlər var, amma..." - Qurban Qurbanov

22:41

"Qarabağ" bizdən qat-qat üstün və istəkli idi" - Elmar Baxşıyev

22:34

"Zirə"nin əvəzidicilərindən darmadağın, "Neftçi-2" 90+5-də xilas oldu

22:09

Azərbaycan cüdoçuları Avropa Kubokunu 4 medalla başa vurdular

21:58

MPL: "Kəpəz" "Sumqayıt"ı, çempion "Araz-Naxçıvan"ı yendi

21:53

"Ardıcıl dördüncü qələbə..." - Hans-Diter Flik

21:19

"Unutmayaq ki, beş müdafiəçimiz zədəlidir" - Karlo Ançelotti

20:43

Azər Bağırov "Sumqayıt" üzərində qələbəni belə şərh etdi

Facebookdan bizi izləməyi unutmayın.
X