13:08 12.05.2025 445

Cavadovun mesajı, Rəfiyevin inadı

Misli Premyer Liqasının 34-cü turunda Tovuzda "Kəpəz"ə 0:1 hesabı ilə uduzan "Sumqayıt"ın baş məşqçisi Vaqif Cavadovun oyundan sonra təşkil edilən mətbuat konfransında dedikləri turun ən yaddaqalan məqamlarından oldu. Gəncə təmsilçisinə yenilərək turnir cədvəlində 9-cu yerə düşən "kimyaçılar"ın çalışdırıcısı həm hakimi, həm də işlədiyi klubun rəhbərliyini hədəfə aldı. 10-cu turdan "gənclik şəhəri" təmsilçisinin "sükanı arxası"nda olan, qışda isə 2,5 illik müqaviləyə imza atan gənc mütəxəssisin söylədiklərini bir daha nəzərdən keçirək:

"Gərgin və maraqlı oyun alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Hakim hər şeyi etdi ki, "Kəpəz" qalib gəlsin.

Necə olacaqsa, rəhbərliyin qərarına hörmətlə yanaşacağam. Amma elitada qalmışıq. Növbəti mövsümdə də komandada qalsam, o zaman Vaqif Cavadovun işinə qiymət verin. Bu komandanı mən qurmamışam. Mənə şans veriləcəksə, heyətdə dəyişikliklər edəcəyəm. Müasir futbolda qaçmalısan, istəkli olmalısan. Bu yoxdursa, uduzmağa məhkumsan. Mövsümü 9-cu yox, 8-ci yerdə bitirmək ciddi önəm kəsb etmir. Vaqif Cavadov gedəcək, əcnəbi məşqçi gələcəksə və Azərbaycan futbolu bundan qazanacaqsa, gəlsin. Amma Baqa gələcəksə, niyə göndərilirdi? Elə qalıb işləyərdi də. Mənim mesajım rəhbərliyə ünvanlanıb".

Komandanı özü qurmadığını vurğulayan (sabiq baş məşqçi Samir Abasov "Sumqayıt"ı 9-cu turun oyununa çıxarandan sonra "Neftçi" ilə müqavilə bağlayıb) Cavadovun rəhbərliyin ona inanmadığını hiss etdiyi dərhal sezilir. Əlbəttə, Azərbaycan millisinin hücumçusu Abasovun qurduğu kollektivdə çalışmağa başlayıb, komandanın ən önəmli futbolçularından biri Cordan Rezabala isə qışda kollektivdən ayrılıb. Razılaşaq ki, Rezabalanın yoxluğu hələ də aşkar şəkildə hiss olunur. Onun yoxluğunda Sumqayıt təmsilçisinin hücumları o qədər də kəsərli görünmür. Yəni Vaqif bəyin sərəncamındakı oyunçuların istədiyi səviyyədə olmadığını söyləməsində müəyyən həqiqət payı var. Tutaq ki, ekvadorlu legioner getməsəydi, bu gün "kimyaçılar" 30 xalla 9-cu yox, 36 və ya 37 xalla 7-ci pillədə mövqe tuta bilərdi. "Sumqayıt"da heç nə ilə yadda qalmayan belaruslu mütəxəssis Aleksey Baqanın adının çəkilməsi isə onun yenidən baş məşqçi postuna gətirləcəyi anlamında deyil. O, Baqanın adını əcnəbi çalışdırı seçiminin fiasko olduğunu xatırlatmaq naminə çəkib. Ümumiləşdirsək, Vaqif bəyin "Sumqayıt"dan və klubun prezidenti Riad Rəfiyevdən küskün olduğu faktdır.

Bəs görəsən daha öncə klubun U-19 komandasına və əvəzedicilərinə rəhbərlik etmiş Cavadovun "Sumqayıt"dakı aqibəti necə olacaq? Kluba yaxın mənbədən əldə etdiyimiz məlumata görə, rəhbərlik komandanın elitada qalmasını nailiyyət saymır və indiki baş məşqçi ilə bağlı qərar bir müddət öncədən qəbul edilib. Səbəblərə gəlincə, ən başlıcası komandanın ortaya qoyduğu futbolun ümid verməməsidir. Rəfiyev məhdud büdcə ilə mübarizə aparan "Sumqayıt"da məşqçi işinin qənaətbəxş olmadığına əmindir. Bundan başqa, Cavadovun istər mediaya, istərsə də xələfi Abasova ara-sıra söz atması idarəçiləri qıcıqlandırır. Odur ki, xüsusi nəsə baş verməsə, sözügedən çalışdırıcı növbəti mövsümə "Sumqayıt"da başlamayacaq. Mətbuat konfransında rəhbərliyə ünvanlanan mesaj isə Riad Rəfiyevin fikrini dəyişdirməyəcək.

Rafael

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

27 İyun 2025
20:28

"Əl-Nəsr" ilə müqavilə yeniləyən Ronaldu nə qədər qazanacaq? - MƏBLƏĞ

19:40

İngiltərə klubu Rud van Nistelroyun postunu tərk etdiyini açıqladı

19:16

Klublararası dünya çempionatında ən çox qazananlar bəlli oldu - MS ikincidir

18:39

İPL klubu yeni baş məşqçisini açıqladı

18:20

Lyakazett Səudiyyə Ərəbistanı təmsilçisində - Tibbi müayinədən keçdi

17:58

"Napoli" qapıçısı ilə müqavilə yenilədi

17:33

Azərbaycanda yeni Bilyard Akademiyası fəaliyyətə başladı

17:14

"Srvena Zvezda" rusu Rusiya klublarına satmaqdan imtina etdi

16:58

İstanbulda "Şahdağ Quba"nın prezidentinin meyiti tapıldı

16:51

"Azərreyl"dən növbəti transfer

16:29

AÇ: Azərbaycanın yeniyetmə cüdoçuları ikinci gündə medal qazana bilmədilər

16:02

Eşitmə məhdudiyyətlilər arasında minifutbol üzrə Respublika turnirinə yekun vuruldu

15:53

Yaxşı mütəxəssis çoxdur, güvənən yoxdur - Kənarda qalan yerlilər haqda yazı

15:37

"Mançester Yunayted"də yeni müqavilə - RƏSMİ

15:13

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:58

"Sabah" Qvadelupa millisinin üzvünü heyətinə qatdı - RƏSMİ

14:40

Poqbanın yeni klubu bilindi - SON DURUM

14:15

Jiru MLS təmsilçisindən ayrılmağa qərar verdi - Yeni klubu da bilinir

13:47

Bekhem 22 il öncə aldığı zədə səbəbindən əməliyyat olundu

13:21

Dünyanın ən yaxşı məşqçilərinin reytinqi açıqlandı - Qvardiola ilk "3-lüy"ü tərk etdi

13:03

Azərbaycan millisinin sabiq üzvü vəfat etdi

12:35

"Qəbələ" Yunuszadə ilə vidalaşdı - RƏSMİ

12:13

Azərbaycanlı hakim-inspektor Gümüş Avropa Liqasına təyinat aldı

11:50

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

11:26

Bundesliqa nəhəngi "lipa" oyunçusunu bu kluba satdı - SON DURUM

11:04

Holand yubiley qoluna imza atdı

10:42

Klublararası dünya çempionatı: 1/8 final cütləri müəyyənləşdi

09:58

"Bütün sirr məhz bundadır" - Xosep Qvardiola

09:33

"Təpiklənəcək biri varsa, o adam mənəm" - Tudor 2:5-i şərh etdi

09:00

"Real Madrid" 1/8-ə darmadağınla yüksəldi

01:28

Klublararası dünya çempionatı: MS "Yuventus"u "şapalaqlayıb" maksimum nəticə göstərdi

00:24

Azərbaycan millisi rekord xalla Avropa çempionu oldu

26 İyun 2025
23:18

Cikiyanın agenti müştərisinin Türkiyə klubu ilə müqavilə bağladığını təsdiqlədi

22:46

Voltemade İspaniya nəhənginə keçməyə yaxındır

22:23

Niderlandlı müdafiəçi İPL klubunda - RƏSMİ

21:40

Məşhur ukraynalı karyerasını bitirir

21:03

"Neftçi" heyətinə yeni legioner cəlb etdi - RƏSMİ

20:47

"Bəlkə də yeni formatda keçirilən yarışın qalibi adını qazanan ilk komanda olacağıq" - Xabi Alonso

20:22

"Arsenal" "Real"ın istədiyi istedadla müqavilə yenilədi - RƏSMİ

19:55

"Azarkeşlərin hayqırtısını eşidəcəyim anı gözləməyə səbrim çatmır" - "Liverpul"un yeni transferi

Facebookdan bizi izləməyi unutmayın.
X