11:34 02.06.2025 231

"Məqsədimiz Belarus və Monteneqro üzərində qələbə qazanmaqdır" - Ayxan Abbasov

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov təlim-məşq toplanışı barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, 44 yaşlı mütəxəssis AFFA-nın mətbuat xidmətinə açıqlamasında əvvəlcə əsas milli komandaya 0:3 hesabı ilə uduzduqları yoxlama oyunundan danışıb.

O, məşq xarakterli yoxlama oyununun keçirilməsinə görə, əsas millinin baş məşqçisi Fernandu Santuşa təşəkkür edib: "Biz tam heyətlə olsaq da, əsas millinin bəzi üzvləri Azərbaycan Kubokunun final oyununda iştirak etdikləri üçün düşərgədə deyildilər. Hərəsi 35 dəqiqə olmaqla iki hissə oynanıldı, hər iki komanda bütün futbolçuları sınaqdan keçirdi. A millinin oyunçuları ilə meydanda olmaq futbolçularımız üçün əlavə motivasiya idi. Belə yoxlama matçlarının baş tutması futbolçuların xeyrinədir”.

U-21 hazırlıq çərçivəsində iyunun 4-də Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq görüşü keçirəcək. Baş məşqçi həmin qarşılaşmalarda məqsədin qələbə qazanmaq olacağını deyib: “Bu, bizim U-21 millisində ikinci hazırlığımızdır. İlk təlim-məşq toplanışımız Antalyada təşkil olunmuşdu. Heyətdə bəzi yeni oyunçular var. Hər toplanışda komanda olaraq daha da artırmaq istəyirik. Yoldaşlıq görüşlərində üz-üzə gələcəyimiz rəqiblərin reytinqdə öndə olması bizim üçün yaxşıdır. Güclü komandalara qarşı çıxış etməyin yalnız müsbət təsiri olur. Belarusla səfərdə, Monteneqro ilə evdə qarşılaşacağıq. Seçmə mərhələdə ev-səfər oyunlarının olacağını nəzərə alsaq, buna öyrəşməliyik. Hər iki görüşdə qələbə qazanmaq üçün mübarizə aparacağıq. Futbolçular meydanda maksimum nəticəyə köklənməlidirlər. Bu matçlar həm də oyunçuların beynəlxalq təcrübə qazanmalarına kömək olacaq”.

Abbasov Belarus və Monteneqro yığmalarını təhlil etdiklərini vurğulayıb: “Rəqiblər barədə yalnız xoş sözlər deyə bilərəm. Belarusun son iki yoldaşlıq görüşünü izləmişəm. Antalyada Şimali Makedoniya, İstanbulda isə Türkiyə yığmasına qalib gəliblər. Onların, xüsusən də, U-21 komandası son illər çox inkişaf edib. Monteneqronun futbolçuları isə əsasən digər ölkələrdə legioner həyatı yaşayırlar. Bir sözlə, maraqlı rəqiblərdir. Belə komandalarla qarşılaşmaq bizim inkişafımıza yardım edəcək”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyun 2025
01:57

Ronaldu 937-ci qolunu vurdu

01:05

Millətlər Liqası: Ronaldu qol vurdu, Portuqaliya Almaniyanı yenib finala yüksəldi

04 İyun 2025
23:54

Maykl Karrik qovuldu - RƏSMİ

23:33

"Qarabağ"a qarşı oynamış futbolçu ÇL-in finalçısına transfer olundu

23:18

Ayxan Abbasov U-21-in Belarusdan aldığı yenilgini şərh etdi

23:10

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

22:56

İngiltərə millisinin üzvü "Aston Villa" ilə müqavilə yenilədi - RƏSMİ

22:20

Osimhen "Qalatasaray"da qalsa... - Maaşı açıqlandı

21:52

U-21 Belarus yığması ilə bacarmadı

21:38

Azərbaycan güləşçiləri AÇ-də bu heyətlə iştirak edəcəklər

21:14

"Şamaxı" yeni transfer reallaşdırdı

20:49

Koumas korrupsiya iddiaları fonunda istefa verdi

20:08

Azərbaycan boksçuları Gürcüstandakı turnirə qatılacaqlar

19:51

"Şamaxı"nın yay hazırlıq planı bilindi

19:12

"Mingəçevir"in sabiq futbolçusunun şikayəti təmin edilmədi

18:40

Amit Quluzadə ilə bağlı qərar qüvvədə qaldı

18:13

"Fənərbağça" serblə vidalaşdı

17:48

Kloppu təhqir edən hakim kuryer işləyir

17:29

Agenti Donnarummanın İtaliya nəhənginə keçə biləcəyini təsdiqlədi

16:57

PSJ Asensio ilə bağlı qərarını verdi

16:39

"Mingəçevir"in "7 nömrə"si bu kluba keçir

16:21

"Zirə" Rüstəm Əhmədzadə ilə bağlı qərarını verdi

16:02

"İmişli" adını dəyişir?

15:43

Azərbaycan Minifutbol Federasiyasına 2 milyon manat ayrıldı

15:25

Vasili Berezutskinin yeni müqavilə şərtləri bəlli oldu - SON DURUM

15:06

"İmişli"nin ev oyunlarını keçirəcəyi stadion dəqiqləşdi

14:35

Qvardiola Joan Qarsiya ilə bağlı sualı belə cavablandırdı

14:19

"Brayton"un ekvadorlu müdafiəçisi Hansı Avropa nəhənginə keçəcək?

14:01

"Araz-Naxçıvan" aparıcı oyunçusu ilə anlaşa bilmədi

13:43

"Hələ Lamin Yamala qarşı çıxa bilən komanda görməmişəm" - Didye Deşam

13:24

Ceydon Sanço "Çelsi" ilə vidalaşdı

13:06

"Qızıl top"a iddalıların reytinqində dəyişiklik oldu - Kvaratsxeliya yeddincidir

12:48

Alman ulduz "Liverpul"da nə qədər qazanacaq? - Maaşı açıqlandı

12:30

"Neftçi" 2 legioneri ilə vidalaşdı

12:11

"Neftçi"nin yay hazırlıq planı bilindi - Türkiyəyə yox, bu ölkəyə gedəcək

11:53

"Yuventus" idman direktoru ilə vidalaşdı

11:35

Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlandı

11:19

"Turan Tovuz" bəyanat yaydı

10:48

Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

10:30

Nagelsman Portuqaliya yığmasından ehtiyatlanır

Facebookdan bizi izləməyi unutmayın.
X