20:09 25.11.2017 1676

Tərlan Əhmədov: “Neftçi”yə gəlmək istəyən futbolçular var\"

"Əsas qələbə idi ki, onu bacardıq”. Bu sözləri "Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov deyib.
 
Premyer Liqanın XIII turu çərçivəsində "Keşlə”ni qəbul edən "ağ-qaralar” 3:1 hesablı qələbə qazanıblar.
 
Matçdan sonra mətbuat konfransı keçirən Əhmədov qələbəni şərh edib: "Hücum etməyə, müdafiədə az səhv buraxmağa çalışdıq. Komandanın əzmkarlığı, motivasiyası yüksək idi. İki gündən sonra kubok matçına çıxacağıq. Futbolçulara təşəkkür düşür. Yenə sürət, istək var idi. Amma oyundan tam razı qalmadım”.
 
- İqnasio Herreranın əvəzlənməsi zamanı pis əsəbləşdiniz və onun etdiyi hərəkətdən sonra dərhal Namiq Ələsgərovu yanınıza çağırdınız...
- Həmişə demişəm ki, rəqibə hörmətlə yanaşmaq lazımdı. Elə hərəkətləri komanda yoldaşlarının əziyyətini yerə vurmaqla nəticələnə bilər. Bunu etdim ki, digər futbolçulara da dərs olsun.
 
- Oyun bitən kimi rəqib komandanın texniki zonasına getmək istəsəniz, Ramiz Məmmədov dərhal paltardəyişmə otağına yollandı...
- Onunla qardaş kimiyik. Aramızda heç bir problem yoxdu. Ola bilər ki, əsəbi idi və bu səbəbdən dərhal paltardəyişmə otağına yollandı. 
 
- İlkin Qırtımovun "Neftçi” ilə anlaşdığı haqda xəbərlər yayılıb...
- Açığı, hələ heç kimlə müqavilə bağlamamışıq və danışıq aparmırıq. Qarşıda oyunlarımız var. Hansısa kluba ziyan vurmaq istəmirəm. İstədiyim və "Neftçi”yə gəlmək istəyən futbolçular var.
 
- Bu gün yenə qol epizodlarından lazımınca faydalanmadınız. Bunu nə ilə izah edərdiniz?
- "Neftçi”yə yeni gələndə fikrimizi əsas hücum xəttinə yönəltdik. İlk oyundan başlayaraq, demək olar ki, bütün matçlarda qol vurmuşuq. Amma futbolda yaradılan bütün qol epizodlarından yararlanmaq da olmur. Gələcək üçün planlarımız var. Çempionat bitəndən sonra komandaya yeni nəfəs gətirmək haqda düşünəcəyik. Məni indiki durumda müdafiə xətti daha çox qayğılandırır.
 
- Mirabdulla Abbasova bu gün şans versəniz də, sanki ona vacib matçlarda güvənmirsiz...
- Biz və siz oyunlara başqa prizmadan baxırıq. Mirabdulla Azərbaycanda, bəlkə də, ən perspektivli hücumçudu. Bunu özünə də deyirəm. Amma mənfi cəhətləri həddindən artıqdı. Tənbəldi, üzərində işləmir. Bir məşqlə kifayətlənən oyunçudu. Çox yükləyə də bilmirəm, çünki sonra problemlər çıxır. Qış fasiləsində hər biri üçün proqram tərtib edəcəm. Mirabdullanın meydanda faydalı iş əmsalı aşağıdı, tez yorulur. Buna görə də, bu gün dəyişdim. Həm də Barqas daha texnikalıdı. (Apasport.az)

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

12:05

"Kəpəz" yeni transferini açıqladı

11:44

Klublararası dünya çempionatı: PSJ "Bayern"ə, "Real" "Borussiya"ya qarşı

10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:58

"Transferlərlə bağlı mən qərar verirəm" - Samir Abasov

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

Facebookdan bizi izləməyi unutmayın.
X