Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Keşlə” ilə qarşılaşacaq "Kəpəz” tam heyətlə məşq edə bilmir. Fanar.Az xəbər verir ki, komandanın yarımmüdafiəçisi Məhəmməd Qurbanov zədədən əziyyət çəkir.
Bir müddətdi ki, diz qapağında ağrıları olan Qurbanov müalicə olunur. "Qəbələ”yə qarşı matçda sıradan çıxan orta xətt oyunçusu tədricən sağalsa da, məşqlərin birində zədəsini təzələyib.
Qeyd edək ki, "Kəpəz”in heyətində daha iki futbolçu zədəlidi. Viktor Oseqeyl və Fərid Məmmədov da komandaya kömək edə bilmir.
Fanat.Az