14:40 22.12.2017 2907

Qayıt, kəndə gəl... (YAZI)

Elçin Cəlilov
 
Bizim tarixən hücumçu və hücum problemimiz olub. Birvaxtların yerli ançelottisi Böyükağa Ağayevin təbirincə desək, "xucumçu problemimiz var". Nə ki futbolda, elə hər sahədə. Tarixə boylansaq, hələ hansısa Azərbaycan dövlətinin hansısa qonşusuna hücum elədiyinə aid fakt tapmarıq. Əgər bu hücum nəmənə pis bir şeydirsə, nədən başqaları bunu edir, biz yox?

...Olsa da, bu, yadellidən gələn təhlükənin qarşısında müdafiə məqsədli lokal hücum kimi. Tutalım, Babək...

Problem sistemdədir. Məsələn, Həzi Aslanov timsalında tankçı-hücumçumuz olub, ancaq bu fiquru bizim sistem üzə çıxarıb, onun hücumçu mövqeyində faydalı olacağını müəyyənləşdirməmişdi. Başqa, fərdi xoş nümunələr də var. Az da olsa, var və onlar da sistemin hücumameyilli olmaması ucbatından pərakəndə şəkildə.. faydası çox olmayan məfhuma çevrilib, gediblər.

Mövzumuz hücum deyil. Hücum eləmək istədiyim problem azərbaycanlı futbolçunun xaricdə duruş gətirə bilməməsidir. Əslində, ümumilikdə azərbaycanlının başqa ölkədə tab gətirməməsi də buna aid edilə bilər. Almaniyada 21 ildi yaşayan ailə tanıyıram ki, hələ də özü kimi qalıb. Heç bir mədəni, hətta fiziki inteqrasiyadan söhbət belə gedə bilməz. Bunu necə bacarırlar, niyə belə olur - qəlizdir anlaşılması... 

Tək-tük hücumçularımızdan olan Rauf Əliyev Albaniyanın köklü klublarından olan "Kukesi" ilə yayda bir illik müqaviləsinin sevincini bayram eləməmiş, qayıtdı, üstümüzə gəldi.  O da ondan əvvəlkilər kimi - hansısa problem var, amma indi yox, haçansa açıqlayacaqmış...

Nədir bu problem ki, bütün hallarda bizimkiləri haqlı çıxardır, amma nədən ibarət olması bilinmir, açıqlanmır, deyilmir...

Qoy Rauf da gəlsin. "Anortosis"də yaxşı təsir bağışlayan Araz Abdullayev də qayıtsın. Çexiyaya gedəndən daha çox futbolçuya, idmançı cüssəsinə nail olan Fərid də geri dönsün! Nə var yad ellərdə, qayıdın geri... 

Azərbaycanlı futbolçunun xarici klubda qalıb, ordan o tərəfə  inteqrasiyası niyə əmələ gəlmir? Bunun texniki problemləri də var. Ancaq yoxdu. Olsa, heç biri özünün haqlı mövqeyini gizlədib, haqsız duruma düşməz, dərhal açıb, ağardar. Bu nə hoqqadırsa, Vaqif Cavadovun "Tvente"yə toylu-büsatlı yola salınmasından tutmuş, məsələn, Ramil Şeydayevin "Jilina"da belə tam möhkəmlənə bilməməsinədək sistematik davam edir.

Səbəb nədi?

Əsas səbəb beyindədi. O, buna hazır deyil. Azərbaycanlı evinə, elinə bağlı bir tipdi. O, qonaq getməyi yox, qonaq qarşılamağı sevir. Ən bahalı əşyaları, ən dadlı şirniyyatı "qonaq gələr" deyə, ehtiyatda saxlayır.

Bax, bunun izahını tapıb, çözmək nə qədər müşküldüsə, futbolçumuzun, ümumiyyətlə, idmançımızın, lap ümumiyyətlə, insanımızın  da xaricdə tab gətirə bilməməsinin kompleks səbəblərini müəyyənləşdirmək bir o qədər qəlizdi.

Əvvəla, xaric deyəndə biz Avropa ölkələrini nəzərdə tuturuq. Burada dəqiq standartlar var. İdmançının məşq, qida, yuxu və s. hərəkətləri konkret rejimə daxildi. Bu sistemin adı təxinən belədir: fərdlərin sistemi.

Öz ölkəsində avtoritet kimi olan bir azərbaycanlı  xaricdə bu "cansıxıcı" tempə baş əymək istəmir. İkinci, mövzunun peşəkar tərəfi isə odur ki, futbolçu yetişdirməyimiz heç bir standarta sığışmır - "materialımız" rəqabətədavamlı deyil.

Millinin baş məşqçisi seçilən Qurban Qurbanovun dünən mətbuat konfransında dediyi dəyərli fikri xatırladım: "Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, fizioterapevt, hətta masajçı. Bu insanların sağlam olması çox vacibdi. Bu gün nə idman həkimimiz, nə fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri özləri sağlam, savadlı olmalıdı. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Bu insanların yetişməsi üçün kurslarımız olacaq. Görüləsi işlər çoxdu".

Rauf, qayıt kəndə gəl. "Kukesi"də möhkəmlənə bilmirsənsə, oralarda vaxt itirmə, gəl. Bizim vaxta ehtiyacımız var. Görək, nə olur...

Rəqabətədavamlı idmançı, idmançının hüquqlarını, nüfuzunu müdafiə eləyə biləcək beynəlxalq səviyyəli menecerlər yetişdirməyincə bizimkilər xaricə niyə çıxmalı olduğunu, legioner həyatının nə demək olduğunu dərk/hiss eləməyəcək. 

Mənbə: futbolpress.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

14 May 2025
14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

10:50

"Brayton" rəhbərliyi 39 yaşlı Milnerlə bağlı qərarını verdi

10:33

İPL klubunun komaya düşən hücumçusunun son vəziyyəti nə yerdədir?

10:16

Rahil Məmmədov Polşa klubundan ayrıldı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:12

ABL: Bu gün final seriyasının 6-cı oyunu keçiriləcək

01:33

İspaniya La Liqası: Startda bütün oyunların taleyini 1 qol həll etdi

13 May 2025
23:46

"Beşiktaş"ın ulduzu sıradan çıxdı

23:15

Babayev Hakimlər Komitəsinə üzv seçildi

22:44

“Neftçi”nin sonuncu ev oyununun biletləri satışda!

22:17

Ançelotti Kakanı Braziliya millisinə dəvət etdi - SON DURUM

21:50

Serxio Ramos baş məşqçisiz qaldı

21:09

I Liqa: XXVI turun təyinatları açıqlandı

20:48

II Liqa: Lider də qalib gəldi, izləyicisi də - Çempion son turda müəyyənləşəcək

20:14

Vieyranın gələcəyinin necə olacağı bilindi

19:53

U-17 Liqası: "Qarabağ" "Neftçi" ilə sülh bağladı, "Sabah"dan 10 qollu qələbə

19:15

"Bu, böyük çağırışdır" - Karlo Ançelotti

18:49

Sesk Fabreqasın növbəti mövsümə harada başlayacağı dəqiqləşdi

18:20

"Səbail"in taleyinə aydınlıq gəldi - AÇIQLAMA

17:42

"Roma"nı bu il çempionatda yalnız "Atalanta" məğlub edə bilib

17:23

Azərbaycan Karate Federasiyasında yeni təyinat

17:05

AFFA rəsmisi UEFA-nın forumuna qatıldı

16:47

"Çelsi" hansı Avropa turnirində oynayacağına özü qərar verəcək

16:28

Polşada irqçilik qalmaqalı - Klub üzr istədi, federasiya hədələdi

16:10

"Daha çox qızıl medal qazana bilərdik" - Azərbaycan millisinin baş məşqçisi

15:51

De Bröyne İtaliya yolunda - İldə 7 milyon qazanacaq

15:33

"İngiltərə Premyer Liqası oynamaq və baxmaq üçün ən yaxşı liqadır" - "Barselona"nın ulduzu

15:15

Azərbaycanlı hakim vəfat etdi

Facebookdan bizi izləməyi unutmayın.
X