Mahaçqala "Anji”sindən Moskva "Spartak”ına qayıdan Ayaz Quliyevin Azərbaycan yığmasını seçmək ehtimalının azaldığına dair daha bir fakt ortaya çıxıb.
Fanat.Az-ın məlumatına görə, AFFA-ya "hə” deməyən yarımmüdafiəçi oyun üslubuyla Stanislav Çerçesovun ürəyini fəth edib. Belə ki, Rusiya millisinin çalışdırıcısı 2017-ci ilin ən yaxşı gənc futbolçusunun müəyyənləşdirildiyi sorğuda - "Pervaya Pyatyorka” (İlk Beşlik) mükafatına layiq saydığı 3 gənci sıralayıb.
O, birinci pillədə "Ufa”nın yarımmüdafiəçisi İvan Oblyakovu, ikincidə Ayaz Quliyevi, üçüncüdə "Rostov”un orta xətt oyunçusu Aleksandr Zuyevi gördüyünü rəsmən açıqlayıb.
Maraqlıdı ki, Rusiyanın əsas millisinin baş məşqçisinin namizədlərindən heç biri qalib adını qazanmayıb. ÇSKA-nın forvardı Fyodr Çalov yekun nəticədə 165 bal toplayaraq bütün rəqiblərini qabaqlayıb.
Fanat.Az