Elçin Rəhmanov, Çudomir Çakarov və Dmitri Kramarenkonu (qapıçılar üzrə) milli komandaya məşqçi təyin edən Qurban Qurbanov daha iki köməkçi götürə biləcəyini açıqlamışdı. Mütəxəssis bu barədə dekabrın 20-də keçirilən mətbuat konfransında bildirmişdi.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, AFFA-nın baş katibi Elxan Məmmədovun bununla bağlı öz planı var. Məlumata görə, baş katib uzun müddətdi millidə məşqçi kimi fəaliyyət göstərən Mahmud Qurbanovu Qurban Qurbanovun köməkçisi təyin etdirmək istəyir.
Milli komandaya nəzarəti demək olar ki, itirən Elxan Məmmədovun hələ istəyinə nail olmasa da, müxtəlif yollardan istifadə edir. Onun mətbuat vasitəsi ilə təzyiq edərək Mahmud Qurbanovu məşqçi postuna təyin etdirməyə çalışdığı da bildirilir.
Fanat.Az