Dünyanın ən güclü klublarının reytinq siyahısı yenilənib. Fanat.Az-ın məlumatına görə, "clubworldranking”in açıqladığı son siyahıda ölkəmizin 4 təmsilçisi var.
Premyer Liqamızın lideri "Qarabağ" 1169 xalla planetin 541-ci komandasıdı. Ağdamlılar öncəki siyahı ilə müqayisədə 1 pillə irəliləyib.
368 xalı olan"Keşlə” 781-ci, "Qəbələ” (255 xal) 822-ci yerdədi. "Zirə”nin isə 217 xalı var. "Qartallar" dünyanın 844-cüsüdü. Təmsilçilərimizdən "Keşlə” 2 pillə geriləyibsə, qəbələlilərlə zirəlilər mövqeyində qalıb.
Qeyd edək ki, cədvələ İspaniya klubları başçılıq edir. "Real” 17500 xalla 1-ci, "Barselona” 15970 xalla 2-ci, "Atletiko” 13383 xalla 3-cüdü.
Fanat.Az