Çexiyanın "Slaviya" klubunun U-21 komandası yoxlama oyunu keçirib. Fanat.Az xəbər verir ki, Praqa təmsilçisi "Stexoviçe" ilə qarşılaşıb.
"Slaviya" 5:2 hesablı qələbə qazanıb. Oyunun iştirakçısı olan gənclərdən ibarət millimizin üzvü Fərid Nəbiyev komandasının 3-cü qolunu vurub.
Fəridlə yanaşı, "Slaviya"da baxışda olan digər futbolçularımız - Rövlan Muradov və Amin Seydiyev də matçın iştirakçısı olub. Hər iki futbolçu 90 dəqiqə meydanda olub. Rövlan qol otürməsi ilə yadda qalıb.
Fanat.Az