13:31 08.02.2018 2429

"Neftçi”nin mələkləri - YAZI

Fasilə bitdi... Futbola davam. Fevralın 10-dan qaldığı yerdən davam edəcək çempionatımızda komandalarımızın hazırlıq səviyyəsi heç də ürəkaçan deyil. Bunu bilmək üçün münəccim olmaq da lazım deyil. Məğlubiyyətlərə "hazırlıq oyunlarıdı, belə görüşlər boşluqlarımızı göstərir” kimi bəhanəli, qısa ətək geyindirmək lazım deyil. Eyibiniz görünür. Məğlubiyyət var məğlubiyyət dəə, qardaşım!

 

Əgər 1-8 məğlub olursansa, orda boşluq axtarmağa dəyməz. Demək ki, o klubun, komandanın dolu yeri yoxdu, dəlmə-deşikdi. Rəhbərliyindən tutmuş sıravi işçisinə qədər. Buraxılan 8 top, qaçırılan 10-15 qol epizodu hər birinizin qapısından keçib. Boşluqlarınızdan keçib toru silkələyən top heçmi vicdanınızı titrətmir?

 

Söhbət təkcə "Neftçi”dən getmir, "Kəpəz”ə də aiddi. Amma ilk ağıla gələn "ağ-qara”lardı. Üzərinə götürdüyü "xalq komandası” adının məsuliyyətini dərk edirmi bu klubun rəhbərliyi? Nizami yurdu təmsilçisinin də nizamı pozulub, düzdü. Onun səbəbi isə Elxan Məmmədovun maşaları ilə qopardığı tüfandı ki, futbolumuzun müqəddəs bölgələrindən olan Gəncədə daş daş üstə qalmayıb. Gəncəlilər öncə baş katibdən yeyilən pulu geri tələb etməlidi, sonra nəticəni. Haqqını tələb etməyənlər daimi məğlubiyyətə məhkumdu.

 

Kərpic kəsən kişinin kərpicini tapdalayıb üstündə at oynatdılar. Günah keçisi tapıb, qurban verdilər. Keçini susmaq qarşılığında boynunu ipə keçirməyə razı saldılar. Əslində gəncəlilərin haqqını məhkəmələr qaytarmalı, maşanı tutan qol dibindən vurulmalı idi. Bunu kim tələb etsin ki? Bəli, Gəncədə durum budu. Xurmasını araba-araba daşıdılar amma haqqını qaytarmadılar.

 

"Neftçi”də isə əksinədi. Xalq orxan hüseynzadələrə, elnur eyvazovlara borcludu. Çünki, bunların günahını, göylərdən göndərilən Mikayıl və Cəbrayıl kimi mələklər Allahdan gizlədir. Yəni, bildiyiniz kimi "Əmr büyük yerdən”, arkadaş! Bunlar dünyaya gəlməmiş yer üzünün cənnəti ilə müjdələnib. Müqəddəsdirlər. "Müqəddəslər” üçün də daha müqəddəsi onlardan yuxarıdı, aşağıda ya xalqın komandası oldu, ya da mətbuatın yazdıqları, fərq etməz. Ona görə belələrinin vicdanı titrəməz. Bu gün "Neftçi”, sabah hansısa gəlirli sahə. Onlara günah yazılmaz, onlar suçlu olmaz, əsla. Qurban getdikləri zaman göylərdən qoruyucu mələkləri tərəfindən keçi göndərilər. Bunların boğazını bıçaq kəsməz! Sonda bir sual verim. Əlinizi vicdanınızın üstünə qoyub mələklərin xəbəri olmadan sakitcə, özünüz-özünüzə cavab verin. Bu tur "Neftçi”nin "Kəpəz”ə qalib gələcəyinə inanırsınız? Mən pıçıltı ilə "YOX” deyirəm! Qalib gələ də bilər amma mənim bu "Neftçi”yə inamım yoxdu.

 

Xalqdan qopan "xalq komandası”na uğurlar!!!

 

 

Əli Sahib

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyun 2025
18:58

Millətlər Liqası: 3-cü yerin sahibi bilindi, qalib müəyyənləşir - YENİLƏNİR

18:20

İspaniya nəhəngi 16 yaşlı mərakeşlini heyətinə qatır

17:51

Xabi Alonso Avropa çempionunu "Real"da görmək istəyir - Rəhbərlik hərəkətə keçdi

17:10

"Mançester Yunayted" futbol yox, kommersiya klubudur" - Lui van Qal

16:53

Qasperini gəldi, dünya çempionu getməyə qərar verdi - SON DURUM

16:13

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:47

İspaniya nəhəngi yetirməsini geri qaytarır

15:19

Leroy Sane Türkiyə yolunda - 15 milyonluq maaş təklif olunur

14:48

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

14:15

Milli üçün "Çempionlar şənliyi" olacaq

13:56

Əliyar Ağayev Serbiyanın oyununa təyinat aldı

13:19

Ərəblər "Mançester Siti"nin ulduzunu da aparırlar

12:53

Neymar koronavirusa yoluxdu

12:20

"Barselona" ter Ştegendən qurtulmağın yolunu tapdı

11:13

Paçettino "Tottenhem"ə mümkün dönüşündən danışdı - "100 məşqçidən biriyəm"

10:41

Günün oyunları bu kanallarda - AFİŞA

10:06

U-21 Sumqayıtda Monteneqro ilə qarşılaşır

09:00

Azərbaycan millisinin rəqibi Kanada ilə bacarmadı

01:50

Türkiyə millisi ABŞ yığmasını yendi

00:51

DÇ-2026: İngiltərə səfərdə 1, Niderland 2 qolla qazandı

07 İyun 2025
23:55

3×3 basketbol üzrə Azərbaycan yığması yarımfinalda

23:03

Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionu oldu

22:38

Azərbaycan yığması Qızıl Avropa Liqasında Monteneqroya da uduzdu

21:40

Azərbaycan millisi Gürcüstana set vermədən qalib gəldi

21:10

"Şamaxı" İsmayılovla müqavilə bağladı - RƏSMİ

20:46

"Neftçi"dən ayrılan hücumçu "Zirə"yə keçdi - RƏSMİ

20:18

"Qapıya zərbə vurmuruq" - Fernandu Santuş

19:56

"Liverpul"un sabiq futbolçusu Sequnda klubunda - RƏSMİ

19:12

Latviya - Azərbaycan matçının statistikası

18:51

Azərbaycan millisi Latviya ilə heç-heçə etdi

18:27

MS Qrilişi aldığından 3 dəfə ucuz satır - MƏBLƏĞ

17:58

Kevin De Bröyne İstanbul klubunun təklifi qarşısında "əridi" - SON DURUM

17:21

Qranit Caka İtaliya nəhənginə keçməyə yaxındır - SON DURUM

16:52

"İnter" braziliyalı futbolçu aldı - RƏSMİ

16:14

Jorjinyonun yeni klubu bəlli oldu - RƏSMİ

15:44

Osimhen yeni klubu ilə razılığa gəldi - SON DURUM

15:20

İtaliya millisinin başına tarixi ərzində belə hadisə gəlməmişdi - Antirekord

14:50

Dembele sevimli oyunçusunun adını dedi

14:16

Ançelottinin oğlunun yeni iş yeri bilindi

13:40

Niko Uilyams yekun qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X