14:27 12.02.2018 2183

Yeni qazon sıradan çıxdı: “Kəpəz” Gəncədə oynamaq istəmir

"Kəpəz” Premyer Liqanın təqvimini yenə qarışdırmaq istəyir. Gəncəlilər 1-ci dövrədə olduğu kimi, təxirəsalmalarla vəziyyətdən çıxmağa çalışır.
 
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, bu gün Qərb klubu Peşəkar Futbol Liqasına rəsmən müraciət edəcək. Gəncəlilərin məqsədi 16-cı turun "Keşlə” ilə ev oyununu təxirə saldırmaqdı. Ən pis halda "Kəpəz” qarşıdakı turda – fevralın 18-də səfərdə oynamaq, əvəzində 4-cü dövrədə meydan sahibi olmağı arzulayır. PFL-in hansı cavabı verəcəyi bəlli deyil, qurum rəsmi müraciətdən sonra bu məsələyə baxacaq.
 
Xatırlayırsızsa, "Kəpəz” ilk dövrədə "Zirə”ni Yevlaxda qəbul etmiş, qalan bütün rəqibləri ilə isə razılaşaraq səfərdə oynamışdı. Əvəzində 2-ci dövrədə Gəncədəki oyunlar reallaşmışdı. Buna səbəb şəhər stadionunun qazonunun dəyişdirilməsi idi.
 
İndiki təxirəsalma və ya yerdəyişmə istəyinin səbəbi də oxşardı. Hazırda Gəncə stadionunun qazonu arzuolunmaz vəziyyətdədi. Saralmış qazon hətta məşq etmək üçün də yararsızdı. Oyunun canlı yayınlaması qazonun durumunu geniş auditoriyanın görməsinə səbəb olacaq. Bu səbəbdən "Kəpəz” rəhbərliyi ot örtüyü yaşıllaşana kimi ev oyunlarından qaçmağa çalışır.
 
Yararsız qazonlu stadionlarda indiyədək də çox oyun keçirilib. Lakin bu dəfə vəziyyət başqadı. Arenanın təmirindən yarım il ötməyib, amma indidən qazon yarıtmaz vəziyyətdədi. Həmin meydanda futbol oynansa və bunu tamaşaçı kütləsi görsə, istər-istəməz suallar sıralanacaq. Axı, AFFA-nın büdcəsindən bura 650 min manat xərclənib. İsitmə sistemi quraşdırılmayıb və qazon bu hala düşübsə, o zaman həmin 650 minin hara xərcləndiyinin detallı açıqlaması verilməlidi. Hətta hansısa yeyinti yoxdusa, bu səviyyəli təmir, qışın yüngülvari soyuğuna dözməyən qazon kimə lazımdı? Gözdən pərdə asmaq üçün edilən təmirlə AFFA kimi aldadır?
 
Bütün bu söhbətlərin qarşısını almaq üçün funksionerlər oyunun təxirə salınmasını istəyir. PFL-in verəcəyi cavab çox maraqlıdı. İzləyirik...
 
P.S.: Gəncəylə bağlı hansısa problem ortaya çıxan kimi Mikayıl Nərimanoğlu yada düşür. AFFA-nın sabiq mətbuat katibi, "Kəpəz”in Müşahidə Şurasına sədr müavini kimi göndərilən bu şəxs külli miqdarda yeyinti ittihamı ilə sıradan çıxdı. Deyəsən, yenə onun ruhuna salavat zikr etməli olacağıq.
 
P.P.S.: AFFA əli çatan bütün arenaların qazonunu baş katib Elxan Məmmədovun şərik olduğu məlum şirkətə tapşırır. Görəsən, vaxtilə "Bakcell Arena”nı yamyaşıl rəngləyən qardaşların "kraska”sı qurtarıb, yoxsa bu üsul dəbdən düşüb?
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X