"Neftçi” klubunda icraçı direktor vəzifəsinə təyinat olub.
Fanat.Az xəbər verir ki, "Sumqayıt”ın baş meneceri vəzifəsində çalışan Ceyhun Sultanov bundan sonra "Neftçi”də çalışacaq.
Qeyd edək ki, Kamran Quliyev fevralın 16-da "Sumqayıt”ın prezidenti postunu tərk edərək "Neftçi”də eyni vəzifəyə təyin edilib.
Onu da qeyd edək ki, 1997/1998 mövsümündə "Neftçi”nin şərəfini qorumuş və 23 oyunda 6 qola imza atmış Ceyhun Sultanov "Fərid” (1996-1997), "Dinamo” (1998-2001), "Maşinsazi” (Təbriz, 2003-2004), "Bakı” (2004-2007), "Xəzər Lənkəran” (2007-2010), "Kəpəz” (2010-2012), "Sumqayıt” (2012), "Qəbələ” (2013) klublarında da çıxış edib. O, Azərbaycan çempionatının (2006) və kubokunun (2005, 2008) qalibidir. U-21 yığmamızın kapitanı olmuş Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.
38 yaşlı mütəxəssis "Bakı”da seleksiyaçı məşqçi (2013-2014), "Sumqayıt”da baş menecer (2014-2018) vəzifələrini yerinə yetirib.
Fanat.Az