"Lukas Qomes "Neftçi”nin düşərgəsində deyil. "Zirə”ylə oyundan sonra Argentinaya gedib”.
Bu sözləri Fanat.Az-a açıqlamasında Bakı təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlu deyib. Klub rəsmisi cənubi amerikalı hücumçunun özünə yeni klub axtarmaq üçün deyil, ailə probleminə görə vətəninə yollandığını söyləyib:
"Qomes atasının vəziyyəti ağır olduğu üçün Azərbaycandan ayrılıb. Nə vaxt qayıdacağı isə hələ bilinmir. Atasının vəziyyətindən asılıdı”.
Fanat.Az