Milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlıqlarını Bakıda gerçəkləşdirən "Qəbələ” və "Keşlə” yoxlama görüşü keçirib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa təmsilçiləri "Bakı”nın təlim-məşq bazasında üz-üzə gəliblər. Oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
Qeyd edək ki, fasilədə ikinci matçına çıxan "Qəbələ” martın 21-də "Tufan”la keçirdiyi yoxlama görüşündə 15:0 hesabı ilə qalib gəlib.
Fanat.Az