09:39 11.05.2018 6757

Möcüzə... (QEYD)

Elçin Cəlilov

Məşhur azərbaycanlı futbolçu Ələkbər Məmmədovun xatirəsinə təşkil olunmuş AFFA və futbol veteranları arasında yoldaşlıq oyunundan sonra assosiasiyanın baş katibi Elxan Məmmədov azerisport.com saytına açıqlamasında Topaz Premyer Liqasında klub sayının artırılma ehtimalı barədə deyib:  "Bunun üçün möcüzə baş verməlidir. Sənədlərin təqdim olunması və yoxlanışı başa çatıb. İcraiyyə Komitəsinin nəyi isə dəyişməyə gücü və səlahiyyəti var. Ancaq bizə klublar lazımdır, komandalar yox. Topaz Premyer Liqasında peşəkar klublar olmalıdır."

Həqiqətən ortada bir möcüzə əlaməti mövcuddur. Ancaq bu, hazırkı durumda I Diviziondan TPL-ə komanda yüksəlməsi ehtimalı deyil, baş katibin istədiyi qədər səlahiyyətlərini aşmasıdır. Bu, doğrudan da  möcüzəvi haldır.

Baş katib qərarlaşdırılmış prosesin icrasına nəzarət/koordinasiya edəndir, yönəldici yox. Hansı məqsədlə bu qədər yönəltmələr edilir - açıq sualdır və ciddi araşdırmalara ehtiyacı var.

Son bir ayda I Diviziondan Topaz Premyer Liqasına keçid mövzularında bütün suallara manipulyativ cavablar verən baş katibin İK-nın növbəti iclasındakı qərarlarına təsir etmək məqsədi açıq sezilir. O, niyə bircə dəfə də olsun, bu məsələdə köməkçi, təşəbbüskar, dəstəkçi mövqe tutmur? Ona görə ki, çoxdan izinə düşdüyümüz və ifşa etdiyimiz bir "monopoliya sistemi" var. Onun bu sistemdə kimləri himayə etdiyi, "komanda" necə, hansı şərtlərlə işləyir - açıq müşavirə keçirilməlidir, ictimaiyyətin nümayəndələri, mətbuat da iştirak etməklə bildirilməlidir. AFFA-nın prezidenti bunu etməlidir. Biz açıq-aşkar, faktlarla göstərək ki, "möcüzə"nin açılışı nədir.

Onun təklif etdiyiniz "şərtlərə" razılaşmayan hansısa klub TPL-ə buraxılmayacaq. Hansı şərtlərdir? AFFA rəhbəri araşdırma aparsın, məlum edəcək. Aparmasa, baş katibin özbaşına etdiyi bu davranışların məsuliyyəti geniş formatda sorğulanacaq.

***            ***               ***

"Xəzər" Divizionun çempionu oldu. Bu klubun rəhbərliyi hələ görünməyib, ictimaiyyətlə, mətbuatla hansısa ünsiyyətdə olmayıb. Bilinmir ki, sponsorlar nə istəyir, məqsəd və planları nədir, AFFA-nın, daha dəqiq, baş katibin tutduğu inadkar qeyri-adekvat mövqenin səbəbi nədir. Baş katiblə görüşlərdə nələr danışılıb - bu da sirr qalır.

Bu, ayrı məsələ, ancaq onun hər bu mövzu düşəndə belə danışmağı ilk deyil. Bütün futbol proseslərini belə "siyasətlə" yönəldən Elxan Məmmədova qarşı çıxmağa çəkinənlər də var və gözümüzün önündədilər. .

I Divizionun çempionu da TPL-ə yüksələ bilməyəcəksə, o lisenziya şərtlərinizin məqsədi nədir onda? Gilyotin funksiyası daşıyır?

Yəni o nə şərtlərdir ki, illərdir Diviziondan çempion kimi  yüksək liqaya vəsiqə qazanan olmur? Cənab Rövnəq Abdullayev, tamamilə baş katibin sizə təqdim etdiyi ifadələrə inanmaqla qanun pozuntusuna yol verdiyinizin fərqindəsiz? İctimaiyyətin fikrinə, "qırılıb-məhv edilmək üzrə olan" müstəqil KİV-in fikrinə niyə önəm vermirsiniz?

***                ***                ***

Elxan bəy, çox aşırsınız səlahiyyətlərinizi. Möcüzə, bax, budur. Sizin qədər uğursuz addımlar atıb, faydalı nəticələr qazanmayan, ictimaiyyətdə bu qədər pis persona cızan birinin yenə də rahatlıqla psevdopolitikasını davam etdirməsi əsl möcüzədir.

Bu da bir etapdır. Və möcüzənin açılışı uzaqda deyil. Yəqin Luis Kerrolun Alisası kimi dovşan yuvasından keçib, "Möcüzələr diyarı"na qədəm qoyduğunuzu  izlədiyimizdən xəbərdarsınız.  Əsəri oxumusunuzsa, bilirsiniz ki, Alisa məhkəmə qarşısına çıxarılır və  hamı oyun kartlarına dönərək, Alisanın üzərinə atılmağa başlayır.

Biz izinizdəyik, hörmətli baş katib. Möcüzələriniz əyləndirir, güldürür, düşündürür...

Futbolpress.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:58

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

18:49

"Kəpəz" növbəti transferini reallaşdırdı

18:17

Daha bir boksçumuz Dünya kubokunda "bürünc"lə kifayətləndi

17:56

Palmer gələcək komanda yoldaşı haqda danışdı - "O, mənim dediyim sözlərin heç birini anlamadı"

17:22

Azərbaycan boksçusu Dünya kubokunda "bürünc" qazandı

16:50

Kayl Uoker sabiq komanda yoldaşının rəhbərliyi altında oynayacaq - RƏSMİ

16:30

"Çelsi"nin baş məşqçisi yarımfinala adlamalarını şərh etdi

15:58

"Liverpul"dan Jotanın ailəsinə jest - 2 il ərzində...

15:12

"Mingəçevir"in baş məşqçisi postundan ayrıldı

14:50

Pokatilov Qazaxıstan və Azərbaycan futbolunu müqayisə etdi - "Kayrat" birinci, "Sabah" ikinci yerdədir"

13:49

"Açıq matç olacaq" - Enrike "Bayern"lə oyundan danışdı

13:06

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

12:37

"Zirə"nin rəqibi yenə minimal hesablı qələbə qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X