"Sumqayıt” daha bir futbolçu transfer edib.
Fanat.Az klubun saytına istinadən xəbər verir ki, "kimyaçılar” yarımmüdafiəçi Aleksey İsayevi rənglərinə bağlayıb.
Son mövsümü Krasnoyarsk "Yenisey”ində keçirmiş "Zenit”in futbolçusu 2 illik müqaviləyə imza atıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, "Yenisey”in yetirməsi olan İsayev 2014-cü ildə Krasnoyarsk təmsilçisinin əsas heyətinə yüksəlib. 2016-cı ilə qədər "Yenisey”in şərəfini qoruyan yarımmüdafiəçi 35 oyunda 3 qol vurub. 2016-cı isə "Zenit”ə transfer olunan futbolçu komandanın əvəzedici heyətində 24 matçda forma geyinib. Son mövsümü isə icarə əsasında yetirməsi olduğu "Yenisey”də keçirmiş İsayev Krasnoyarsk təmsilçisinin heyətində 26 qarşılaşmada 3 qol vurub və komandası ilə birlikdə Rusiya Premyer Liqasına yüksəlib.
Fanat.Az