19:00 02.08.2018 1682

Joze Alesio da Silva: \"Araz\"ın legionerlərdən imtinası...\"

Futzal üzrə Azərbaycan milli komandasının və "Araz” klubunun baş məşqçisi Joze Alesio da Silva Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin suallarını cavablandırıb.

Fanat.Az həmin müsahibəni təqdim edir:

- Əvvəlcə futzal üzrə UEFA Çempionlar Liqasının püşkünün nəticəsini dəyərləndirərdiniz?
- Rəqiblərimizdən konkret birinin adı dəqiqləşib. Söhbət Slovakiya çempionu "Luçenec”dən gedir. Oyunlar da bu komandanın meydanında keçiriləcək. Digər iki komandanın adı isə sentyabrın əvvəllərində bilinəcək. Onlar dəqiqləşdikdən sonra fikir bildirmək olar. İndi isə hazırlaşır və rəqiblərimizi gözləyirik.

- Həmin komandaları ilkin mərhələdə çıxış edəcəklər. Bu baxımdan, təhlükə hiss edirsiniz?
- "Araz” B yolunda qərarlaşan qrupda yer alıb. Bu o deməkdir ki, ancaq qrup qalibi mübarizəni davam etdirəcək. Deməli, hansı mərhələdən mübarizəyə başlamasından asılı olmayaraq bütün rəqiblər təhlükəlidir.

- Strategiyanın dəyişməsi, "Araz”ın legionerlərdən imtina etməsi işinizə necə təsir edəcək?
- Açığı, legioner oyunçular istənilən klub üçün hər zaman vacib olub. Onlar həqiqətən komandalarına çox kömək edirlər. Xüsusilə də braziliyalı futzalçılar dünyada ən güclülərdəndir. Ancaq klub rəhbərliyi bu cür qərar qəbul edib və artıq özümüz üçün yeni yol müəyyənləşdirmişik. Təcrübəli və gənc yerli oyunçulardan ibarət komanda quracağıq. Əlbəttə, Çempionlar Liqasında çətin olacaq. Amma mübarizəmizi davam etdirəcəyik. Rəhbərlik deyib ki, bacardığımızın ən yaxşısını edək.

- Bu gün "Araz”da qapıçıları da saysaq 6-7 yerli futzalçı var. Bəs boşluğu doldurmaq mümkün olacaqmı?
- Dünəndən məşqlərə başlamışıq. Təbii ki, vəziyyət kritik deyil. Nəzərimizdə olan oyunçular var. O cümlədən Vitali Borisovu komandaya dəvət etməyi düşünürk. Bildiyiniz kimi, o, son iki mövsümü Serbiya çempionu "Ekonomac”da keçirib. Təcrübəli futzalçı hazırda klubsuzdur. Başqa futzalçılar da var ki, onları məşqlərə dəvət edəcəyik. Əlbəttə, aralarında gənclər də var. Marat Salyanski ilə birgə axtarışlarımız davam edir. Yenə deyirəm, maraqlı bir dönəmə qədəm basırıq. Gənclərlə işləmək həm çətin, həm də maraqlı olacaq. Bu işdə mənə təcrübəli oyunçular kömək edəcəklər. Aydın məsələdir ki, qısa vaxtda əvvəlki nəticələri tələb etmək, gözləmək mümkün olmayacaq. Nəticə heç vaxt dərhal əldə edilmir. Bu haqda federasiya prezidenti ilə danışığımız olub.

- Gənclərdən söz düşmüşkən, artıq U-19 yığması da seleksiya xarakterli məşqlərə başlayıb. Onların hazırlıq prosesini izləmisiniz?
- Bakıya avqustun 1-də qayıtmışam və axşam "Araz”ın məşqi olub. Sabah U-19-un məşqini izləyəcəm. Bu komandanın yaradılmasından xəbərim var. Ağatahir Əzimova güvənirik.

- Bu komandaya kim rəhbərlik edəcək?
- Futzal üzrə həm əsas, həm də digər yaş qrupları üzrə yığma komandaların baş məşqçisi mən olacam. Ağatahir Əzimov bu komanda üzrə köməkçi məşqçi kimi çalışacaq. Qapıçılarla Ağakərim Həsənov məşğul olacaq. Fiziki hazırlıqla bağlı Namiq Quliyevin xidmətindən istifadə edəcəyik. Bu komandanın üzvlərini məşq prosesində izləyəcəm. Ola bilər, "Araz”a dəvət etdiklərim olsun. Bildiyiniz kimi, UEFA bu yaş qrup arasında gələn il Avropa çempionatı təşkil edəcək. Gəncləri həmin oyunlara hazırlamalıyıq.

- Çempionatla bağlı gözləntiniz necədir? "Araz”ın legionerlərdən imtina etməsi digər klubları stimullaşdıracaqmı?
- Təbii ki, digər komandalar üçün yaxşı motivasiya olacaq. Çalışacaqlar "Araz”ın hegemonluğuna son qoysunlar, bizi udsunlar. Rəqabət artacaq. Ancaq biz legionerlərdən imtina etmişik, ancaq çempionluq iddiamızdan əl çəkməmişik.

- Ötən çempionatın gümüş medalçısı "Marafon Futsal” və rəqibləri üçün başağrısı olan "İtaldizain” hələ ki, Yüksək Liqada oynamaqla bağlı müraciət etməyib...
- Onlar arxada qalan mövsümə rəqabət gətirmişdilər. Bildiyimə görə, iki yeni komanda qoşulacaq çempionata. İranlı futzalçılarla gücləniblər (gülür). Yeni mövsümün də çox maraqlı və rəqabətli keçəcəyinə inanıram. Yaxşı hazırlaşmalıyıq ki, çətinliyin öhdəsindən gələk, titulumuzu qoruyaq.

- Yığma ilə bağlı planlarınız necədir?
- 2019-cu ilin payızına qədər milli komanda heç bir rəsmi oyunda iştirak etməyəcək. Ancaq bu ilin dekabrında beynəlxalq turnirə qatılacağıq. Buna görə də noyabrda millinin 2 həftəlik hazırlıq prosesi planlaşdırılıb.

- Ancaq yerli çempionatda iştirak edəcək futzalçıları dəvət edəcəksiniz?
- Əgər ehtiyac duysaq, hazırda ölkə xaricində çıxış edən oyunçulara da dəvət göndərəcəyik.

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

04 İyul 2025
10:27

Azərbaycanın 3 boksçusu Dünya kubokunun yarımfinalında döyüşəcək

10:09

Madrid nəhəngi 35 yaşlı braziliyalı ilə anlaşdı

09:48

"Ciddi niyyətlərimiz və planlarımız var" - "Araz-Naxçıvan"ın baş məşqçisi ÇL-in püşkünü dəyərləndirdi

09:25

Klublararası dünya çempionatı: 1/4 final mərhələsi başlayır

09:00

"Əl-Şabab" Fatih Terimi ispaniyalı məşqçi ilə əvəzlədi

00:19

"Liverpul" Jotanın xatirəsini əbədiləşdirdi

03 İyul 2025
23:39

Günay bir ildə ikinci dəfə Avropa çempionu oldu

23:18

Çempion Niderland millisinin hücumçusunu alır - Transfer yekunlaşmaq üzrədir

22:49

"İmişli" hazırlığa nə vaxt başlayır?

22:11

Rusiyalı məşqçi faciəvi şəkildə öldü

21:52

Holandın etdiyini nə Messi bacarıb, nə də Ronaldu

21:23

"Sabah" Avstriyada yenə qollu heç-heçəyə razılaşdı

20:45

Almaniyanın U-20 millisinin üzvü "Leypsiq"də - RƏSMİ

20:12

Rusiyalı futbolçu 4 illik diskvalifikasiya edildi

19:50

Cikiya Super Liqa klubu ilə müqavilə bağlasa da...

19:23

"Liverpul" fanatları Jotanın və qardaşının xatirəsini belə yad etdilər - FOTO

18:49

"Favorit "Sele"dir, çünki "Sabah"..." - Aslan Kərimov problemləri sadaladı

18:20

"MLS mənim oyun tərzimə uyğun deyildi" - Jiru

17:58

Bu gün "Sabah" ikinci sınaq matçına çıxacaq

17:23

"Araz-Naxçıvan"ın ÇL-dəki rəqibləri bəlli oldu

17:05

Azərbaycanın iki idmançısı dopinqə görə cəzalandı

16:47

"Sabahı çox çətin mübarizə gözləyir" - Xaqani Məmmədov

16:29

"O pula Neymarı almaq olmaz, amma çoxlu ağac əkmək olar" - Müllerdən etiraz

16:17

Azərbaycan telekanalı "Traktor"un ÇL oyunlarını yayımlayacaq

16:10

“UEFA Hakimlər Komitəsinin üzvlərini yaxşı tərəfdən təəccübləndirdik”

15:53

İspaniya nəhəngi dünya çempionunun klubuna rəsmi təklif göndərəcək - MƏBLƏĞ

15:35

"Bu, özümü yenidən göstərmək üçün şansdır" - Quliyev Premyer Liqanı arzulayır

15:14

"Qəbələ" Futbol Akademiyasının fəaliyyəti dayandırıldı

14:57

Ronaldu Jotanın ölümü ilə bağlı paylaşım etdi

14:39

Kamal Quliyevin köməkçiləri bilindi

14:21

"Kəpəz" rəqiblərindən ikisini açıqladı

14:04

"Sumqayıt" qalanları saxlayacaq

13:46

"Mançester Siti" yeni qapıçı transfer etməyə yaxındır - MƏBLƏĞ

13:28

Klublarımızın avrokubok oyunlarını hansı kanallar yayımlayacaq? - AÇIQLAMA

13:05

"Liverpul"un vingeri bədbəxt hadisə nəticəsində həyatını itirdi

12:44

"Mingəçevir"in yarımmüdafiəçisi bu kluba keçdi

12:26

"Rəqib nə qədər güclü olsa da..." - "Zirə"nin kapitanı "Hayduk"la oyundan nə gözləyir?

12:08

AFFA rəsmisi ÇL-ə təyinat aldı

11:50

KONKAKAF: Finalçılar bəlli oldu

11:32

Azərbaycan millisi EEVZA-da 5-ci oldu

Facebookdan bizi izləməyi unutmayın.
X