Millimizin üzvü Ufuk Budakın Türkiyənın I liqa klubu "Boluspor”a keçidi rəsmiləşib.
Fanat.Az xəbər verir ki, 28 yaşlı müdafiəçi Bolu təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. O, komandanın digər yeni transferi, bolqar Daniel Dimovla birlikdə təqdim olunub.
"Bir həftəyə yaxındı buradayam. Çox dinamik və istəkli bir komanda gördüm. Çox yaxşı dostluq mühiti var. Bu həftə ilk matçımızı oynayacağıq. Yaxşı başlayıb, məqdədimizə nail olmaq istəyirik” deyə Ufuk Budak təqdimat mərasimində bildirib.
Qeyd edək ki, ötən mövsüm "Samsunspor”da forma geyinən Ufuk Budak karyerası ərzində Almaniyanın "SSV Ulm 1846", "Frayburq" (II komanda), Türkiyənin "Əskişəhərspor", "Manisaspor”, "Kayserispor” və "Qaziantep BB” klublarında çıxış edib.
Fanat.Az