16:00 29.08.2018 1542

"Zirə"nin prezidenti baş məşqçi istefasından danışdı

"Zirə”nin prezidenti Natiq İsmayılov qol.az-a müsahibə verib. Ayxan Abbasovun istefasına münasibət bildirən N. İsmayılov yeni baş məşqçi məsələsinə də toxunub.

- Ayxan Abbasovun cəmi 2 turdan sonra istefaya getməsini necə izah edərdiniz?
- Bu, futboldur. Belə hallar yaşanır. Normal qarşılamaq lazımdır, bütün klublarda məşqçi istefası baş verir. Eyniylə də "Zirə”də. Ayxan müəllim özü bizə müraciət etdi, oturub müzakirə etdik və fikrinə hörmətlə yanaşdıq.

- Sizcə, 2 oyun bir məşqçinin istefa verməsi üçün az vaxt deyilmi?
- Bu, Ayxan müəllimin fikri idi. Görünür, özü belə məsləhət bilib.

- Ayxan müəllim getmək istədiyini deyəndə qalıb işləməsini təklif etdinizmi? Əvvəlki müsahibələrində bir neçə dəfə özü demişdi ki, rəhbərlik mənim arxamdadır...
- Bəli, biz ona həmişə olduğu kimi dəstək verəcəyimizi bildirdik. Ayxan müəllim komandamız üçün çox iş görüb, bunu danmaq olmaz. Amma o, fikrində qəti idi.

- Sizcə, uğursuz start təkcə Ayxan Abbasovun günahıdır? Ötən mövsüm aparıcı futbolçuları komandada saxlaya bilməmiyinizin də təsiri oldumu?
- Yox, hərdən futbolda belə hallar baş verir. Həm də aparıcı futbolçuların bəziləri ilə özümüz yollarımızı ayırmağa qərar verdik. Konkret kimisə günahlandırmaq lazım deyil, futbolda uğur olduğu kimi uğursuzluqlar da var. Bizim də əvvəlki illərdə yaxşı nəticələrimiz olub, indi isə uğursuz dönəmimizi yaşayırıq. Amma bunun bitəcəyinə inamım böyükdür.

- Yeni baş məşqçi kim olacaq və nə vaxt açıqlanacaq?
- Bu haqda yaxın vaxtlarda açıqlama veriləcək.

- Samir Abasovla Tərlan Əhmədovun adları hallanır. Hansı daha real namizəddir?
- Həm Samir, həm də Tərlan bəy yaxşı məşqçilərdir. Hazırda hər ikisi işsizdir deyə adının klubumuzla hallanması normaldır. Fikrimcə, məşqçi istefası "Zirə” yox, başqa bir klubumuzda da reallaşsaydı, şübhə etmirəm ki, adıçəkilən mütəxəssilərin ora keçəcəyini mətbuat yenə də yazacaqdı. 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X