Topaz Premyer Liqada 2018/2019 mövsümünün III turunun ən yaxşı futbolçusu müəyyənləşib.
Fanat.Az Peşəkar Futbol Liqasının rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, "InStat Sport"un təhlilinə əsasən, "Qarabağ"ın yarımmüdafiəçisi Simeon Slavçev hamını qabaqlayıb.
Qeyd edək ki, bolqarıstanlı oyunçu "Neftçi" ilə görüşdə göstərdiyi oyunu (1:1) ilə seçilib.
Fanat.Az