20:57 29.08.2018 974

"Şerif"in baş məşqçisi: "Məqsədimiz qrupa düşməkdi"

"İlk oyunda yaxşı nəticə qazanmışıq. Bu bizim üçün qrupa düşmək üçün yaxşı şansdı”.

 

Fanat.Az xəbər verir ki,bunu Avroliqanın pley-off mərhələsinin cavab matçı ərəfəsində "Şerif”in çalışdırıcısı Qoran Sabliç deyib.

Moldova təmsilçisinin baş məşqçisi Tofiq Bəhramov adına Respublika stadionunda təşkil edilən mətbuat konfransında fikirlərini bölüşəndən sonra jurnalistlərin suallarını cavablandırıb:


"Qarabağ”ın güclü, topa nəzarət etməyi bacaran komanda olduğunu bilirik. Rəqib öz meydanında oynayacaq. İlk oyunla müqayisədə daha yaxşı çıxış edəcəyimizi düşünürəm. Komandamız fiziki cəhətdən daha yaxşı vəziyyətdədir. Rəqibimizi də öyrənmişik”.

 

- Bakıda sizi nəyin gözlədiyini bilirsiniz?

- Əlbəttə, bilirik. Azarkeşlər stadionu dolduracaqlar. Amma bunun nəticəyə təsir edəcəyini düşünmürəm. Üstün keyfiyyətlərimizi bilirik. Şanslarımızı gözləyəcəyik. Tapşırıqları yerinə yetirməyə çalışacağıq.

 

- "Şerif”in ifasında qorxaq oyun görəcəyik, yoxsa öz futbolunu sərgiləyəcək?

- Biz ötən mövsüm Çempionlar Liqasının qrupunda çıxış edən komandaya qarşı oynayacağıq. "Qarabağ” Avropada özünü göstərmiş komandadır. Bu cür rəqibə qarşı tam açıla bilmərik. Öz keyfiyyətlərimizi ortaya qoymağa çalışacağıq. Hər komandanın zəif və güclü tərəfləri var. Hər şeyi sabah görəcəyik. Oyundan asılıdır. Rəqib təzyiq etsə, müdafiə olunacağıq, imkan düşsə, hücum edəcəyik.

 

- Ötən mövsüm "Şerif”in baş məşqçisi olan Roberto Bordin indi "Neftçi”yə rəhbərlik edir. Ondan məsləhət almısınız?

- Xeyr. "Qarabağ”ın oyunlarına baxmışıq, bu, bizə kifayət edir. Bir neçə futbolçu dəyişsə də, komandada məşqçi əli hiss olunur. "Neftçi” ilə matça da baxmışıq. Səhvləri tapıb istifadə etməyə çalışacağıq.

 

- İnnosent Emeqaranın cəzası başa çatıb. Bu, sizə çətinlik yarada bilər?

- Ona da yaxşı baxmışıq. Moldovada oynayan futbolçulardan daha yaxşı keyfiyyətləri olduğu aydındır. Lakin sabah məsələni bir futbolçunun həll edəcəyini düşünmürəm. Öz futbolumuzu oynamalıyıq. "Qarabağ” kimi prestijli komandaya qarşı oynamaq bizim üçün stimuldur. Rəqibin heyətində yaxşı fubolçular çoxdur. Məqsədimiz qrupa düşməkdir.

 

- "Şerif” Bakıya çarter reysi ilə gələ bilməyib. Bu məsələ ilə bağlı rəhbərliyə iradınızı bildirmisiniz?

- "Şkendiya” da çarterlə gəlməmişdi, amma yollarına davam etdilər. Biz də "Valür”lə səfərə yüksək keyfiyyətli çarter reysi ilə getsək də, uduzduq. Digər tərəfdən, bu, klubun daxili işidir.

 

- Qrupa düşməsəniz, bu, sizin komandadakı taleyinizə təsir edəcək?

- Qarşımıza Avropa Liqasının qrupuna düşmək tapşırığı qoyulmayıb. Qrupa düşməsək, qorxulu heç nə yoxdur. Yolumuza davam edəcəyik. İndi bu məsələlər barədə düşünmürük. 

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:08

Azərbaycan yığması AÇ-də 2-ci oldu

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

Facebookdan bizi izləməyi unutmayın.
X