Futzal üzrə Azərbaycanın Yüksək, Birinci və İkinci liqalarda transfer müddəti uzadılıb.
Azərbaycan Futzal Federasiyasından Fanat.Az-a verilən məlumata görə, klublar oyunçularını sentyabrın 10-na qədər AFFA-nın müvafiq şöbəsində qeydiyyatdan keçirə və lisenziya ala bilərlər.
Qeyd edək ki, daha əvvəl qeydiyyat müddəti avqustun 31-dək nəzərdə tutulmuşdu.
Fanat.Az