00:15 31.08.2018 1695

Qurban Qurbanov: "Bəzən evdəkilər də məndən inciyir"

"Futbolçularımı təbrik edirəm. Sona qədər qələbə üçün əllərindən gələni etdilər. Əsl xarakter göstərdilər. Çətinliklə hazırlaşırdıq. Çox stress var idi. Narazılıqlar futbolçularıma çox təsir edirdi. Çalışdıq ki, maksimum hazırlaşaq. İstədiyimiz kimi oynadıq. Azarkeşlərimiz də möhtəşəm idi. Hər birinə təşəkkür edirəm".

Fanat.Az xəbər verir ki, bu sözləri Moldovanın "Şerif" klubuna Avropa Liqasının pley-off mərhələsinin cavab oynunda 3:0 hesabı ilə qalibgələn "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov oyundan sonra fikirlərini bildirib: "Ardıcıl 5-ci dəfə qrup mərhələsinə yüksəldik, buna çox şadıq. Çalışacağıq ki, yenə də layiqincə çıxış edək, qrupda xallar qazanaq. Bu komanda ilə fəxr etmək olar.  Həmişə problemlər olur, onları həll etməyə çalışırıq. Əlimizdə olan heyətdən maksimum yararlanmaq istəyirik. İstədiyim komandanı indiyə kimi formalaşdırmamışam. Hər bir məşqçi daha yaxşı heyət qurmağı arzulayır. Müdafiə xəttində həmişə kiçik səhvlər olur".
 
Komandanın köhnə və yeni üzvləri ilə bağlı danışan mütəxəssis fikirlərini belə dilə gətirib: "Bədavi bir neçə epizodda inamsız oynadı. Amma yaxşı ki, sonradan bu həyacan da keçdi, oyunu hiss etməyə başladı. Psixoloji yorğunluq da fiziki duruma təsir edir. Sıxıntı varsa, futbolçu tez yorulur. Hansısa bir anda özünü sırf mübarizəyə həsr edirsən və yorğunluq unudulur. Transferlərlə bağlı onu deyim ki, Araz Abdullayevlə bağlı danışıqlar gedir. Onu komandamda görmək istəyirəm. Arazın bir neçə klubu var, onlarla anlaşa bilsək, futbolçunu heyətə qatacağıq".

Qurbanov sosial şəbəkələrdəki tənqidlərlə bağlı da danışıb: "Sosial şəbəkələrdən istifadə etmirəm, amma saytlardan tənqidləri oxumuşam. Tənqid olmasa, işləmək olmaz. Amma bir qədər tənqidlərdə tələsiklik oldu. Bu da futbolçularda həyacan, gərginlik yaratdı. Bununla belə azarkeşlərin də haqqı var ki, bizə tələbkar yanaşsınlar. Biz futbolu onlar üçün oynayırıq. Uğur əldə etdikcə daha artığını istəyirik. Bu, bizim futbolumuz üçün vacibdi."
 
"Qrup mərhələsi üçün bu stadionu təqdim etmişik. Amma dəyişiklik ola bilər. Ola bilsin ki, Olimpiya Stadionunda oynadıq. Sabah püşkatmada hansı komandalara rəqib olacağımızın fərqi yoxdu. Qrup mərhələsində rəqiblər eyni olur. "Astana" ilə qrupda qarşılaşmağı xüsusiylə arzulamışam. 
Xüsusi fikrim yoxdu. Almeydanı burda görəcəyik", deyə baş məşqçi əlavə edibŞş
 
Son olaraq mütəxəssis yorğun olduğunu qeyd edib: "Etiraf edirəm ki, son vaxtlar yorğunluq hiss edirəm. Nəinki istirahət, hətta evdə yetərincə vaxt keçirmək imkanı olmur. Bəzən evdəkilər də məndən inciyir. Amma mənə hər iki komanda həvalə olunub və mən çalışmalıyam ki, bu etimadı doğruldum. Bir azərbaycanlı kimi borcumdu ki, Azərbaycan futbolu üçün əlimdən gələni edim. Özümdə güc tapmalıyam. "Qarabağ"ın bu uğuru bütün futbolumuza təkan verəcək".

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:21

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

09:00

Deku DÇ-2026-nın iki əsas favoritini açıqladı

00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

Facebookdan bizi izləməyi unutmayın.
X