Almaniya II Bundesliqasında IV turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue” səfərdə "İnqolştadt”la qarşılaşıb. Oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Nazarov komandası 1:3 hesabı ilə geridə olarkən - 79-cu dəqiqədə meydana çıxıb. Millimizin zvü 90-cı dəqiqədə fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb.
Qeyd edək ki, "Aue” 4 turdan sonra cəmi 1 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.
Fanat.Az