Ayaz Quliyev Rusiyanın "Rostov" klubunda avqust ayının ən yaxşı oyunçusu seçilib.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı azərbaycanlı futbolçu azarkeşlər tərəfindən aparılan səsvermədə hamını qabaqlayıb.
Komandanın qapıçısı İlya Abayev ikinci, yarımmüdafiəçi Aleksey İnonov isə üçüncü olub.
Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasına çağırılıb.
Fanat.Az