"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən Portuqaliyanın "Sportinq" klubu sifariş ərizəsini UEFA-ya təqdim edib.
Fanat.Az xəbər verir ki, Lissabon təmsilçisi 21 futbolçu sifariş edib.
Qapıçılar: 1. Emiliano Viviano, 19. Roman Salen, 40. Renan Ribeyro.
Müdafiəçilər: 4. Sebastyan Koates, 5. Cefferson Nasimento, 6. Andrea Pintu, 13. Stefan Ristovski, 22. Jeremi Matyü, 76. Brunu Qaşpar.
Yarımmüdafiəçilər: 8. Brunu Fernandeş, 9. Markos Akunya, 16. Rodriqo Battalya, 21. Rafinya, 25. Padosav Petroviç, 37. Markus Vandel Vale da Silva, 86. Nemanya Qudel.
Hücumçular: 10. Fredi Montero, 17. Luiş Nani, 18. Karluş Mane, 23. Abdulay Diabi, 28. Bas Dost.
Qeyd edək ki, "Qarabağ" "Sportinq"lə ilk oyununu sentyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabonda keçirəcək. Bakıdakı qarşılaşma isə noyabrın 29-da olacaq.
Fanat.Az