17:02 05.09.2018 1660

Filip Ozobiç: "Xorvatiyada buranı düzgün qiymətləndirmirlər"

"Topu Antun Paliçin ayaqlarının arasından keçirdikdən dərhal sonra zərbə vurmaq barədə düşündüm. Üzərimə gələnlərə fikir vermədim və topu qapıya yolladım. Bununla da hesab 3:0 oldu və qrupa düşməyimiz rəsmiləşdi. "Şerif” yaxşı komandadır, lakin iki matça görə biz növbəti mərhələyə adlamağa layiq idik”.

Bunu "Sportske Novosti” portalında müsahibəsində "Qarabağ”ın futbolçusu Filip Ozobiç deyib. Həmyerlilərinin suallarını cavablandıran 27 yaşlı xorvatiyalı yarımmüdafiəçi bir sıra məsələlərdən danışıb.

- Bu, ilk belə zərbəniz deyildi. İki il əvvəl "Qəbələ”nin heyətində Fransa təmsilçisi "Lill”ə də bu cür qol vurub, komandanızın Avropa Liqasının qrupuna düşməsinə kömək etmişdiniz...
- Bəli, elədir və sonuncu olmadığına ümid edirəm. Azərbaycan çempionatında bu cür qollarım olub. Bunların sayı daha çox olsa, pis olmaz (gülür).

- Yeni klub, amma eyni şəhər və eyni mənzil. Niyə məhz "Qarabağ”ı seçdiniz?
- "Qarabağ” son 5 mövsümün çempionudur. "Qəbələ” də əla klubdur, lakin "Qarabağ” daha stabildir. Hər şey yüksək səviyyədə təşkil olunub. "Qəbələ” ilə müqaviləmin müddəti bitmişdi. Onlar qalmağımı istəyirdilər. Amma mənə daha yaxşı şərtlər təklif olunmuşdu deyə, bu cür qərar qəbul etdim.

- Bir çox ölkədə bu cür keçid birmənalı qarşılanmır. İndi "Qəbələ”nin stadionuna rahat gedə bilərsiniz?
- Onlar başqa kluba keçidimə görə bir qədər kədərləndilər. Amma bu, peşəkar futboldur və normal haldır. Qəbələyə gedə bilərəm, lakin hələ orada oyunumuz olmayıb.

- Xorvatiyanın aşağı yaş qrupları üzrə yığmalarında oynamısınız. Ante Çaçiçin dönəmində əsas millidə 2 oyun keçirmisiniz. Lakin hazırda Belçikadan 5 futbolçu dəvət alsa da, siyahıda yoxsunuz. Bəziləri Azərbaycanda qaldığınız üçün sizi iddialı saymır. Bir daha yığmada olmayacağınızla razılaşırsınız?
- "Qarabağ”ın dəyərini və nə demək olduğunu bilirəm. Təklif gələndə düşünmədən qəbul etdim. Burada özümü super hiss edirəm. Lakin çempionatımız Qərb üçün önəmli deyil. Ambisiyalı olmadığım doğru deyil. "Qarabağ” əla klubudur, şərait ən üst səviyyədədir. Xorvatiyada buranı düzgün qiymətləndirmirlər. Avrokuboklarda Zaqreb "Dinamo”su və ya "Riyeka” ilə düşsək, onları necə keçəcəyimizi görəcəksiniz. Əminəm ki, "Qarabağ” bu komandalara qalib gəlib, yoluna davam edər.

- Avropa Liqasındakı qrupunuzu necə dəyərləndirirsiniz?
- Çətin qrupa düşmüşük. "Arsenal” və "Sportinq” aparıcı liqa komandaları səviyyəsindədir, "Vorskla” isə nisbətən zəifdir. "Qarabağ” yoluna davam etmək istəyir. Maksimum dərəcədə xal götürmək üçün oynamalıyıq. (Report)

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X