13:47 08.10.2018 1927

Azərbaycanın “Fanat”ı

Üç gün bundan əvvəl "Fanat.az” özünün 10 illik yubileyini qeyd edirdi. Kifayət qədər ciddi rəqəmdi. Azərbaycanda internet mediasının yaşını, ümumiyyətlə, ictimai-siyasi xəbər saytlarının o qədər də böyük tarixə malik olmadığını nəzərə alanda bu 10 rəqəminin tarixi əhəmiyyəti, çəkisi daha da artır.

Azərbaycanda futbol klublarının hər il tarixin yaddaşına köçdüyünü də yaxşı bilirik. Dövr o qədər qarışıq, zəmanə o qədər ağırdı ki, bu gündən sabaha ümid saxlamaq, sabah nəyin necə olacağını proqnozlaşdırmaq da olmur. Məmləkətdə milyonlarla büdcəsi olan futbol klublarını 10 il ayaqda saxlamaq mümkünsüz bir işə çevrilibsə, bu məmləkətin idmanından-futbolundan yazan bir saytı 10 il ayaqda saxlamaq, yaşatmaq özü bir hünərdi. Həmin hünəri də "Fanat.az”ın kollektivi başda dəyərli Əli Sahib olmaqla göstəriblər. Sevimli "Fanat.az”ı bu yaşına qədər qorumağı, 10 yaşın ləzzətini dadmağı bacarıblar. 

Ayaqda durmaq sözünü boşuna işlətmədim. Nəfəs almaq, yaşamaq, illəri bir-birinin ardınca yola salmaq asan işdi. Bunu hərə bir cür bacarır. Amma ayaqda dik durmağı, büdrəməməyi (əyilməməyi) hər adam bacarmır. Ötən 10 ildə bunu çox görmüşük. Tamahına yenik düşənlər də olub, yolunu və əqidəsini çox asanlıqla dəyişənlər də. Ayaqda durmağın, dik dayanmağın əzəmətini nələrəsə qurban verənləri də həmin bu tarix yazıb. Əli Sahib və "Fanat.az”ı büdətmək, yıxmaq, əymək heç kimə müyəssər olmayıb. 

Tərif deyəndə özümü narahat hiss edirəm. Xüsusən də bu tərifi dostlarım haqda demək mənim üçün heç də sevimli məşğuliyyətlərdən deyil. Di gəl ki, atalarımız da "igidi öldür, amma haqını ver” deyiblər. Əli Sahib mənim dostumdusa, mən onun rəhbərlik etdiyi sayt haqqında tərifli sözləri gizlətməməli, dostlarımın haqqını verməkdə xəsis davranmamalıyam.

Bəli, Əli Sahib və onun rəhbərlik etdiyi "Fanat.az” Azərbaycanın idman mətbuat üçün bir dəyərdi. Onun öz saytını necə sevdiyini, "Fanat.az”ın təmiz adını, peşəkarlığını və operativliyini qorumaq üçün hansı əziyyətlər çəkdiyini çox görmüşəm. Bu gün "Fanat.az” şərəfli tarixi və 10 il ərzində keçdiyi yolla çox rahatlıqla öyünə bilər. Azərbaycanda bir çox həqiqi dəyərlər öz real qiymətini almır, layiq olduğu yerdə olmurlar. Amma bundan ötrü ruhan düşməyə dəyməz.

"Fanat.az” 10 ildi ki, Azərbaycan idmanına və idman mətbuatına xidmət edir. Bundan sonra çox 10 illilklər keçəcək. "Fanat.az” öz yolundan dönməyəcək. Çünki o, Azərbaycanın "Fanat”ıdı. Fanatlar üçünsə öz sevdiklərindən və inanaraq getdikləri yoldan daha dəyərli heç nə yoxdu. 

10 yaşın mübarək olsun, "Fanat.az”! Həmişə belə ƏZƏMƏTLİ qal!

Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyun 2024
15:18

"İmanıram ki, Peres mənimlə müqaviləni yeniləyəcək" - Vinisius

14:45

"Real"da eqolu futbolçu yoxdur" - Ançelotti 

14:00

AÇ:  Azərbaycan millisi inamlı qələbə ilə başladı

13:40

Joze Mourinyu "Fənərbağça"nın yeni baş məşqçisidir - RƏSMİ

13:00

Daha bir Azərbaycan boksçusu Paris-2024-də

12:33

Final oyununa təyinatlar bilindi

12:24

Qəbələdə beynəlxalq turnir keçirilir

12:00

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR 

11:32

"Arsenal" Zinçenko ilə bağlı qərarını verdi

10:55

Günün oyunları bu kanallarda - AFİŞA

10:26

"Qarabağ" ÇL-ə ikinci mərhələdən başlayacaq

09:30

Niderlandlı oyunçu İtaliya çempionundan ayrılacaq

09:00

Azərbaycan Kuboku: "Qarabağ" "Zirə"yə qarşı - YENİLƏNİR 

00:51

"Real" ÇL-in qalibi oldu

01 İyun 2024
23:09

Asif Əsgərov UEFA-nın komitəsinin iclasında iştirak etdi

21:23

Qəbələdə şəhid övladları üçün yay düşərgəsi başlayıb

18:44

"Napoli"nin futbolçusu Ronaldunun komandasına keçə bilər

18:22

Rəşad Sadıqov final oyunu barədə fikirlərini bölüşdü

17:35

Neymar son nöqtəni qoydu - Gedir?

01 Yanvar 1970
04:00

17:14

"Zirə"yə qarşı oynamaq həmişə çətindir" - Qurban Qurbanov

16:49

"Şamaxı" Əbili də yola saldı

16:26

Misli Premyer Liqasında yeni mövsüm bu tarixdə start götürəcək

15:55

ABŞ şirkəti "Everton"u ala bilmədi

15:39

"Real" Londona uça bilməyən azarkeşlərinin könlünü belə alacaq

14:57

Bunu Azərbaycan Kubokunda 3 komanda bacarıb

14:28

"Qalatasaray" Mertenslə bağlı qərarını verdi

14:00

Rafinya Səudiyyə Ərəbistanı klubunda?

13:26

Sarriyə rekord məbləğdə təklif

13:10

"Qalatasaray" "Barselona"nın ulduzuna göz dikib

12:46

Azərbaycan yığması son oyununu keçirəcək

12:22

"Kuboku əldən vermək qorxusu da var" - Ançelotti

11:58

Terziç finaldan öncə belə danışdı

11:27

AFFA İcraiyyə Komitəsinin iclasının vaxtı açıqlandı

10:19

Ronaldu göz yaşlarına hakim ola bilmədi - FOTO

10:00

Pulsuz mərc gəldi

09:00

Ronaldunun komandası Kral Kubokunu qazana bilmədi

31 May 2024
23:04

Azərbaycan yığması Türkiyəyə uduzdu

20:20

London nəhənginin iki forvardı klubu tərk edəcək

19:35

Qasperini İngiltərədən aldığı əla təklifi geri çevirdi - Özü açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X