Rusiyanın "Rostov” klubunda çıxış edən Ayaz Quliyev Premyer Liqada XII turun ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, yarımmüdafiəçi "InStat Index”in təqdim etdiyi reytinqə görə ən yaxaşı olub. Azərbaycanlı futbolçu 361 balla birinci yerə layiq görülüb.
Moskva "Lokomotiv”inin hücumçusu Antonio Eder ikinci (357 bal), "Dinamo”nun müdafiəçisi Sebastyan Holmen üçüncü (341 bal) olub.
Qeyd edək ki, XII turda evdə "Anji”ni 1:0 hesabı ilə məğlub edən "Rostov” 21 xalla 4-cü yerdə qərarlaşıb. Ayaz Quliyev bu görüşdə sonadək meydanda olub və sarı vərəqə alıb.
Fanat.Az