Ukraynalı futbolçu Yevgeni Xaçeridi Yunanıstanın PAOK klubundan ayrılmayacaq.
Fanat.Az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, "Qarabağ"ın maraq dairəsində olan 31 yaşlı müdafiəçi Saloniki klubunda qalmağa qərar verib. O, artıq komandanın düşərgəsinə qoşulub və ölkə çempionatının oyunlarına hazırlaşır.
Qeyd edək ki, bir neçə gün öncə Xaçeridinin "Qarabağ"dan təklif aldığı, ancaq Azərbaycanda oynamaq istəmədiyi üçün bundan imtina etdiyi iddia olunurdu.
Bu yay transfer olunduğu PAOK-la 2021-ci ilədək müqaviləsi olan Xaçerdi cari mövsümdə 11 rəsmi oyunda meydana çıxıb. Ukraynalı müdafiəçi əvvəllər vətənində "Olkom", "Voln" və "Dinamo" (Kiyev) klublarında çıxış edib. 2009-cu ildən Ukrayna millisinə dəvət alan futbolçu 51 oyunda 3 qol vurub.
Fanat.Az