Yunanıstan Super Liqasında 2017/18 mövsümünün müxtəlif nominasiyaları üzrə sorğuya start verilib.
Fanat.Az xəbər verir ki, ən yaxşı futbolçu adına namizədlər sırasında "Neftçi"nin yeni transferi Vangelis Platellas da var. 2017/18 mövsümündə "Aris"də çıxış edən 30 yaşlı yarımmüdafiəçi bu ad uğrunda Dimitrios Manos (OFİ) və Atanasios Dinasla ("Trikala") mübarizə aparır.
Sorğuda ən yaxşı futbolçu ilə yanaşı, ən yaxşı baş məşqçi, ən yaxşı qapıçı, ölkə xaricində çıxış edən ən yaxşı futbolçu və ən yaxşı hakim müəyyənləşdiriləcək. Hər nominasiya üzrə 3 namizəd seçilib.
Qeyd edək ki, ötən il yayda "Aris"dən OFİ-yə transfer olan Vangelis Platellas bu ilin yanvarında "Neftçi" ilə müqavilə bağlayıb. O, "Qarabağ"la oyunda Premyer Liqada debüt edib.
Fanat.Az