Antalyada təlim-məşq toplanışında olan "Krılya Sovetov" növbəti yoxlama oyununu keçirib.
Fanat.Az-ın məlumatına görə, Samara təmsilçisi "Partizan"la qarşılaşıb.
Serlərlə matçda Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev və digər həmyerlimiz Aleksandr Səmədov da iştirak edib. Hər iki futbolçu start heyətində meydana daxil olub.
Şeydayevin 75, Səmədovun isə 81-ci dəqiqədə əvəzləndiyi qarşılaşma qolsuz bərabərliklə başa çatıb.
Fanat.Az