14:46 07.03.2019 3623

Genetik hücumçu

Əslində, həyatın hər addımında atalar sözlərinə ehtiyacımız var. Bəzən bunlar nöqtə rolunu da oynayır. Misal üçün "ot kökü üstə bitər" kimi.


Adını daşıdığı Musa Qurbanov dövrünün ən yaxşı hücumçularından biri hesab olunub. Azərbaycan çempionatının bombardiri olmağı bacaran Musa Qurbanovu hətta Qurban Qurbanovdan daha üstün hücumçu sayanlar da az deyil. Sadəcə, Qurban Qurbanov beynəlxalq arenalarda adından daha çox söz etidrməyi bacarıb. Azərbaycan millisinin ən çox qol vuran futbolçusu olan Qurban Qurbanovla Musa Qurbanovu birləşdirən əsas özəllik isə fiziki gücdür. "İki ürəkli” oyunçular öz rəqiblərini məhz bu mənada üstələyiblər. İndi bu qardaşlar Musa Qurbanlı adlı gənci Azərbaycan futboluna qazandırmağa çalışırlar.

"Qarabağ-2”də oynasa da, Musa-2 ilk addımlarını "Neftçi”də atıb. Elə ilk qollarını da "Neftçi” üçün vurub. Atası Qurban Qurbanov oğlunu daha çox nəzarəti altında saxlamaq üçün onu "Qarabağ”a gətirdi. Əvvəlcə aşağı yaş qruplarında oynayan Musa hazırda "Qarabağ”ın ikinci komandasının əsas qol silahı sayılır. Başqa sözlə desək, son vaxtların ən uğurlu komandası olan "Qarabağ”ın qapısını aralamaqdadır.


Peşəkar səviyyədə ilk qolunu ata-babasının yurdu olan Zaqatala təmsilçisinin qapısından keçirən Musa Qurbanlının sonrakı oyunlarda vurduğu qollar, dubl etməsi, mövqe seçimi və qol hissiyatı və digər məqamlar onunla bağlı müsbət düşünməyə əsas verir.
Əslində, Musanın ən azından əmisini və atasını unutdurmamaq üçün səbəbi yoxdu. Niyə?

Çünki...

1. Musa futbolun sirrlərini Azərbaycanda öndəgələn uşaq futbol məktəblərinin birində - "Neftçi”də öyrənib.


2. Hələ yeniyetməikən atasının rəhbərlik etdiyi "Qarabağ”ın əsas heyəti ilə təlim-məşq toplanışlarında olub. Azərbaycan millisinin əsasını təşkil edən,

Avropada meydan sulayan kollektivlə demək olar ki, eyni məşqləri edib. Peşəkar futbol mühitini hiss edib.


3. Fiziki göstəriciləri, boy-buxunu, zərbəsi, gücü kifayət qədər yaxşıdır. Belə demək mümkünsə, göstəriciləri ona cərimə meydançasının ağası olmağa şərait yaradır.


4. Elə bir mühitdə, nizam-intizamlı ailədə böyüyüb ki, ulduz xəstəliyinə tutulmağa şansı yoxdur. Hər halda, komandada, kollektivdə nizam-intizama xüsusi önəm verən, yolundan azanı isə ciddi cəzalandıran Qurban Qurbanov öz oğlunun hərəkətlərinə göz yummaz, yuma bilməz.


5. Azərbaycan üçün keçərli olmasa da, dünyanın futbol nəbzinin vurduğu ölkələrdə şəxsi məşqçi anlayışı var. Yəqin ki, müstəqillik dönəminin ən uğurlusu olan Qurban Qurbanovun oğlunun digərləri ilə müqayisədə belə bir üstünlüyü var. Hər halda, Qurban Qurbanov hər axşam olmasa da, böyük ölçüdə həfətnin 2-3 günü oğlu ilə futbolun müzakirəsini aparır.


6. Bir də genetik məsələlər önəmlidi. İstedad bir az da genetikaya bağlı olan bir şeydir. Qurban Qurbanovun oğlu olan, Musa Qurbanovun adını daşıyan yeniyetmədə heç olmasa bir neçə qram hücumçu qanı olmalıdır.


7. Bir az yerləşmə məsələsinə toxunaq. Bilirik ki, Musa Qurbanov və Qurban Qurbanov bu yerə dişləri, dırnaqları ilə gəlib çıxıblar. Gözdən qulaqdan uzaq Zaqatalada böyüyən uşaqların arzusu "Neftçi” olub. Bu, Qarabağın Azərbaycanın olduğu kimi bir reallıqdır. Amma Musa Qurbanlı gözünü açandan futbolumuzun mərkəzində olub. Əvvəl "Neftçi”, indi "Qarabağ”. İstedadlı olmasına bir sözümüz yoxdur, meydanda qolları vuran da atası və ya əmisi deyil, özüdü. Amma istənilən halda onun keçdiyi yolla atası və əmisinin keçdiyi yol bir başqadır. Tarlada işləyib, bütün günü əziyyət çəkib həm də futbolçu olmaqla, rahat həyat yaşayıb, futbolçu olmağın fərqi çox böyükdür. Odur ki, Qurban Qurbanov və Musa Qurbanov Musa Qurbanlı üçün həm də bir psixoloji məktəb olmalıdır. Həyatın dərinliklərini izah edib, bu yolda əlindən tutmalıdırlar.


Ancaq böyük ölçüdə götürürüksə, bu üç adı birləşdirən yolun bir adı var: futbol. Ümid edək ki, Musa bəlli yaş mərhələlərini maneəsiz və itkisiz keçib, doqquzluqları dəqiq nişan alacaq.

ELGİZ ABBASOV

 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

Facebookdan bizi izləməyi unutmayın.
X