16:17 08.08.2018 2645

Rəşad Sadıqov və post!

Elgiz Abbasov

Yəqin ki, dostluğumda post paylaşandan daha çox, postda olan var. Posta çıxmaqla, post yazmaq fərqli şeylərdi, unutmayın.

Postda olanlar bilir, əvəzləyicin gəlməyincə, oranı tərk edə bilməzsən. Yuxulasan da, acsan da, soyuq əllərini dondurub, küləyin vıyıltısının təsirindən çaxmağa yapışdırsa da, hərdən səndələyib gücsüzlükdən yıxılsan da tərk etməməlisən. 

Əvəzləyicin gəlməlidir... Əvəzləyicin gəlmirsə, son damla qanına qədər ordasan. Başqa variantın yoxdur...

... Mənim onu müdafiə etmək kimi bir niyyətim yoxdu, düşünürəm ki, onun da müdafiəmə ehtiyacı yoxdur. Çünki özü üçün müdafiəni çoxdan formalaşdırıb. Hərəkəti, qətiyyəti, xarakteri ilə...

Və mən son dərəcə əminəm ki, o səhvi başqa biri etsəydi, məsələ bu qədər şişməyəckdi. Çünki gündəmdə olan, daim arxa dayaq hiss etdiklərinin səhvləri hər kəs tərəfindən görülür, adilər onsuz da adidirlər.
 
Yəqin ki, hər birimiz diqqətlə baxmışıq. Ən azından 5 epizod saya bilərəm ki, zərgər dəqiqliyi ilə tərpənib, təhlükənin böyüməsinin qarşısını aldı. O dəqiq hərəkətlərlə bu səhvi bir araya gətirib danışsaq, səhv dəqiq hərəkətlər qədər normal qəbul olunmalıdır. Çünki məsələ insandan gedir, insan amili varsa, dəqiqliklərlə yanaşı səhvlər də normaldır. 

Sözsüz, səhv varsa, cəza da var. Onun verilib-verilməyəcəyi isə detallardır və təfərrüatdır. Mənə görə futbolçu klubu və azarkeşi qarşısında məsuliyyət daşımalıdır.

Amma hər şeyi bir səhvə görə silib atmaq olmaz: "çıx get”, "bəsdir” kimi sözlər formalaşmış azarkeş mədəniyyətinə aid sözlər deyil. Əgər sən əsl azarkeşsənsə, komandana, onun kapitanına məhz belə məqamlarda dəstək olmalısan. 

Ümumiyyətlə, səhvə və səhvlərə görə hər kəs getsə, onda işində adam qalmaz. 

Razıyam ki, yaş o yaş deyil. Razıyam ki, güc o güc deyil. Razıyam ki, dəyişiklik lazımdı. Və faktdır ki, alternativ yoxdur, əvəzləyici yoxdur. Ümumiyyətlə yetişmir... Əgər əvəzləyicin yoxdursa, qalmağa məcbursan... Bu sənin postundur...

P.S. Alternativ kimi Yakub Jezniçakı göstərə bilərsiz. Hansı ki, kapitandan 4 bayram kiçikdir və heç də yaxşı formada deyil, praktikası yoxdur. Jezniçak oynasa belə o sadəcə mərkəz müdafiəçisi olacaq, komandanı arxasınca apara bilməyəcək. Unutmayaq, hər postun bir lideri var... Səhvi ilə düzü ilə...

Fanat.Az
Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

Facebookdan bizi izləməyi unutmayın.
X