Rusiyanın "Ufa" klubu baş məşqçisi Dmitri Kiriçenko ilə yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, klub müqaviləsini qarşılıqlı razılıq əsasında pozduğu 42 yaşlı mütəxəssisə təşəkkür edib və karyerasında uğurlar arzulayıb. Rusiya mətbuatı "Ufa"nın Vadim Yevseyevi baş məşqçi təyin edəcəyini yazıb.
Qeyd edək ki, "Ufa"da azərbaycanlı futbolçu Azər Əliyevin çıxış edir. O, 2018-ci ilin avqustunda "Krılya Sovetov"dan bi komandaya keçib. Hazırda 25 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisinə cəlb olunması gündəmdədi.
Fanat.Az