"Qarabağ”a keçidim səhv addım idi”.
Fanat.Az xəbər verir ki, bu sözləri "Qarabağ"dan ayrılan Hannes Halldorsson deyib.
İslandiyanın "Valur" klubu ilə müqavilə bağlayan 34 yaşlı qolkiper ölkəmizdən ayrılmasının səbəbini açıqlayıb: "Yeni ildən öncə "Qarabağ”dan çox az oynayacağımla bağlı xəbərdarlıq aldım. Bir bədbəxtlik və qəribəlik var. Bura gəlmək səhv addım idi. Darıxdırıcı vəzifə idi. Azərbaycanda yaşadıqlarım barədə bir kitab yaza bilərəm. Son 3 il karyeramın ən yaxşı dönəmləri idi. Bu qərar doğru olmadı”.
Qeyd edək ki, İslandiya millisinin qapıçısı "Valur”la 2022-ci ilə qədər müqavilə imzalayıb.
Fanat.Az