Karyerasını Türkiyədə davam etdirən "Qəbələ"nin sabiq üzvü Serj Cehua qumara qurşanıb.
Fanat.Az İHA-ya istinadən xəbər verir ki, həvəskarlar liqası təmsilçisi "Sarayköyspor"da oynayan Fil Dişi Sahilidən olan forvard məşqlər istisna olmaqla, gününü çayxanalarda "okey" oynayaraq keçirir.
"Okey"də rəqib tanımayan Serjin bu oyundan yaxşı pul qazandığı bildirilir. Türkcə sərbəst danışan afrikalı futbolçu karyerasını bitirdikdən sonra da bu ölkədə yaşamağı planlaşdırır.
Qeyd edək ki, Cehua 2011/12 mövsümünü "Qəbələ"də çıxış edib. O, vətəinin "Stella Klub", CAR-da "Kayzer Çiefs", "Tanda Royal Zulu", Türkiyədə "Antalyaspor", "Boluspor", Yunanıstanda "Qlifada", Tunisdə "Monastir" klublarında çıxış edib və 2014-cü ildən Türkiyənin həvəskarlar liqası təmsilçilərində top qovur.
Fanat.Az