Qazaxıstan Premyer Liqasında XII turdan təxirə salınmış oyun keçirilib.
Fanat.Az xəbər verir ki, milli komandamızın üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" səfərdə "Taraz"la qarşılaşıb.
Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Emil 90 dəqiqə oynayaraq qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, 12 oyundan sonra aktivində 26 xal olan "Tobol” turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
Fanat.Az