Avropa Liqasının final oyunu öncəsi son məşqinə çıxan İngiltərənin "Çelsi” klubunun Bakı Olimpiya Stadionundakı hazırlığı qalmaqalla diqqət çəkib.
ONA-nın məlumatına görə, məşq prosesində komandanın təcrübəli futbolçuları David Luis və Qonzalo İquayn arasında münaqişə yaranıb.
"Arsenal”la vacib matç öncəsi baş verənlər "zadəganlar”ın baş məşqçisi Maurisio Sarrini özündən çıxarıb. İtaliyalı mütəxəssis bu münaqişədən sonra qəzəbli şəkildə məşqi tərk edib.
Fanat.Az