Portuqaliya millisi ilə Avropa çempionu olmuş "Beşiktaş”ın futbolçusu Rikardo Kuarejma Bakıya gəlib.
35 yaşlı futbolçu sabah Gənclər və İdman naziri Azad Rəhimovla görüşəcək.
Qeyd edək ki, Kuarejma "Sportinq”lə bir, "Portu” ilə üç dəfə Portuqaliya çempionu olub. Onun "İnter”lə bir dəfə İtaliya, "Beşiktaş”la iki dəfə Türkiyə çempionluğu da var. O, 2010-cu ildə "İnter”lə UEFA Çempionlar Liqasının da qalibi olub.
Fanat.Az