Rusiyanın "Ufa” klubu daha bir azərbaycanlı futbolçu transfer edib.
Fanat.Az xəbər verir ki, Azər Əliyevin çıxış etdiyi klib Moskva "Spartak”ının yetirməsi olan 19 yaşlı Turqay Möhbalıyevi heyətinə qatıb. Bu barədə klubun rəsmi "Twitter" səhifəsi məlumat yayıb. Onunla uzunmüddətli müqavilə imzalanıb.
Qeyd edək ki, Naxçıvanda dünyaya gələn müdafiəçi ötən mövsüm "Spartak"ın gənclər komandasında 28 matçda 2 qol vurub, 3 qolun ötürməsini verib. O, həmçinin Rusiyanın U-19 komandasında 4 oyundaiştirak edib.
Fanat.Az