12:47 26.07.2019 3651

“Ağ-qara”lardan rəngli futbol nümunəsi

İllərdi ki, görmək istədiyimiz "Neftçi” - psixoloji hazır, motivasiyalı, əzmkar, səfərdə bir nömrə kimi oyun sərgiləyən. Drijorun göstərişindən bir not belə xaric ifası olmayan ansambl. Bəli, "ağ-qaralar” Tulada rəngarəng futbol sərgilədi. Mövsümləri bada verən flaqmandan illərdi istədiyimiz bu deyildimi?


Meydanda tam bir komanda görə bildik. "Arsenal”la qarşılaşmaya zərgər dəqiqliyi ilə hazırlaşan Bordinin işi ilk dəqiqələrdən nəzərə çarpırdı. Oyuna diqtə edən tərəf də sona qədər "Neftçi” oldu. Xırda səhvləri qabartmamağı uyğun sayıram...


İlk mərhələdəki bol qollu qələbələr komandanın psixoloji durumuna böyük təsir etmişdi. Düzdü, rəqibin Rusiya Premyer Liqasında oynaması beyinlərə qurd salmışdı. Həmin qurdları motivasiya zərərsizləşdirə bilərdi ki, bu da açıq-aşkar hiss olunurdu.

 

Klubun prezidenti Kamran Quliyev bu il AL mövsümünü də bada verəcəyi halda postunu itirəcəyini bilir. Odur ki, maddi motivasiya nəzərə çarpacaq qədər mükəmməl idi.II mərhələnin oyunu üçün klubun bu qədər bədxərclik etməsi nə qədər düzgündü, deyə bilmərəm. Amma hədəf qrupdusa və buna nail olacaqlarsa, nə gözəl. UEFA-dan gələn gəlirlə motivasiya xərcləri sığortalana bilər. Bu da normaldı. Yənı təkcə Kamran Quliyevin postunu qoruduğunu düşünməyək, hədəfə catacaqsa, bu idarəçilikdə özünüsübut sayılacaq.


İki mərhələdir ki, sevimli komandalarını səfərdə yalnız qoymayan azarkeşlərin də əməyini unutmayaq. "Ağ-qara” sevdalılarının bu əməli futbolçular üçün əlavə ruh, motivasiya və məsuliyyətdi. Haqq etdikləri qələbə üçün təşəkkürlərin, təbriklərin ən böyüyü onlara düşür.

 

Futbolçular da işlərinin öhdəsindən gəldi. Oyunboyu rəqibi mərkəzdə qarşılamaq və sona qədər tətbiq edilən pressinq komandada fiziki durumun yaxşı olmasından xəbər verirdi. Qarşılaşmanın böyük hissəsi məhz Bordinin nəzarətində, istədiyi, planlaşdırdığı kimi keçdi. Ümid edək ki, cavab oyununda da sevinən tərəf "Neftçi” olacaq. O da məlumdu ki, həmin qarşılaşma səfər oyunundan asan olmayacaq. Rəqib daha aqressiv oyun sərgiləyəcək, standart vəziyyətlərdə məhsuldar olmağa çalışacaq. Yəqin ki, Bordin də "kart”larını tam açmadı.

 

İtalyan mütəxəssisin yenə bizi təəccübləndirməsi ümidi ilə ...

 

Təbriklər, "Neftçi” ailəsi!

 

ƏLİ SAHİB

Fanat.Az


Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 Aprel 2025
23:55

İPL: "Mançester Siti" Liverpul səfərindən 3 xalla döndü

23:21

Türkiyə Super Liqası: "Beşiktaş" xal itirdi, "Trabzonspor"dan çətin qələbə

23:02

"Çempionluğu növbəti turda təmin etməyi istəyirəm" - Qurban Qurbanov

22:39

"İndiyə qədər başımıza gələnlər yenə təkrarlandı" - Samir Abasov

22:25

Mbappe üçün uğursuz həftə: ÇL-dən kənarda qaldı, üçüncü diviziona yuvarlandı

21:54

MPL: "Sabah"dan əzmkar qələbə, "Azərbaycan derbisi"ni "Qarabağ" qazandı

21:20

"Araz-Naxçıvan" "Turan Tovuz"a qalib gəldi

20:53

"Klub rəhbərliyi yolları ayırmayacağını desə də..." - Vasili Berezutski

20:27

Elvin Məmmədov "Sabah"a məğlubiyyəti belə şərh etdi

20:06

Pley-off mərhələsində ikinci oyunlarının təqvimi müəyyənləşdi

19:30

"Sabah"ın futbolçusu mükafatlandırıldı

18:51

Emrelinin qələbə qazandırmayan qolları - VİDEO

18:05

"Neftçi" legioneri ilə vidalaşdı

17:40

ABL: "Naxçıvan" "Abşeron"a qalib gəldi

17:18

Mahir Emreli Almaniyada dubl etdi, komandası...

16:56

Qvardiola həmyerlisini istədi, "Mançester Siti" cəlbedici təklif hazırladı - MƏBLƏĞ

16:20

Dembele “Qızıl top”dan danışdı

15:54

Millimizin son oyununun vaxtı və yeri müəyyənləşdi

15:13

Veteran stolüstü tennisçilərin çempionatı başladı

14:49

Azərbaycan millisi Estoniyaya uduzdu

14:12

Azərbaycanın dörd karateçisi mübarizəni dayandırdı

13:31

İPL klubu Kolumbiya millisinin üzvü ilə anlaşdı - RƏSMİ

13:00

Xorvatiya millisinin keçmiş oyunçusu faciəvi şəkildə həlak oldu

12:38

Burkina fasolu futbolçu "Araz-Naxçıvan"ın tarixinə düşdü

12:19

"Turan Tovuz"dan 30-cu heç-heçə

11:50

Yüksək Liqa: "Bürünc" uğrunda ilk duel olacaq

11:25

İki futbolçu ömürlük cəzalandırıldı - RƏSMİ

10:59

Həftəsonu oyunlar bu kanallarda - AFİŞA

10:22

ABL: "Abşeron"la "Naxçıvan"ın pley-off sınağı

09:56

"Real"ın sabiq ulduzu Rüdigeri axmaq adlandırdı

09:00

"Traktor" 3 xalı 3 qolla qazandı

01:03

İspaniya La Liqası: "Espanyol" evdə sevindi

00:43

Liqa 1: "Nant" evə xalsız qayıtdı

18 Aprel 2025
23:46

ABL: "Sabah" "Sərhədçi"ni yendi

23:13

Milan klubu bombardirini itirdi

22:49

"Bu gün 2 xal itirdik" - Yunis Hüseynov

22:24

"Hər iki komanda qalib gələ bilərdi" - Elmar Baxşıyev

21:41

Yüksək Liqa: Finalçılar müəyyənləşdi

21:20

"Onu ehtiyat oyunçular skamyasında görə bilərsiniz" - Slot adı "Real"la hallanan futbolçudan danışdı

21:11

"Neftçi" "Qarabağ"la oyuna 4 itki ilə çıxacaq

Facebookdan bizi izləməyi unutmayın.
X