Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə qarşılaşacaq "Qarabağ” Cənubi Kiprə yollanıb.
Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi təxminən bir saat öncə çarter reysi ilə Bakıdan Larnaka şəhərinə yola düşüb.
Qeyd edək ki, avqustun 6-da keçiriləcək APOEL - "Qarabağ” matçı Bakı vaxtı ilə saat 21.00-da başlayacaq.
Fanat.Az